From Wikipedia, the free encyclopedia
ABŞ-də növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.[1] Seçki ölkə tarixində 60-cı prezident seçkiləri olacaq və bu seçkidə ABŞ-nin 47-ci prezidenti seçiləcək. 2020-ci il siyahıyaalmasının nəticələrinə əsasən, seçki səsləri ştatlar arasında yenidən bölüşdürüldü.15 noyabr 2022-ci ildə ABŞ-nin 45-ci prezidenti Donald Tramp seçki kampaniyasına başladığını elan etdi.[2] 25 aprel 2023-cü ildə hazırkı prezident Co Bayden namizədliyini elan etdi.[3]
← 2020 2028 → | |||
ABŞ-də prezident seçkiləri (2024) | |||
---|---|---|---|
5 noyabr 2024 | |||
Namizəd | Kamala Harris | Donald Tramp | |
Partiya | Demokratlar | Respublikaçılar | |
2020-ci il siyahıyaalma məlumatlarına əsaslanan 2024-cü il seçki xəritəsi |
ABŞ Konstitusiyasının 2-ci maddəsinə əsasən, prezident seçilmək üçün namizədin anadangəlmə ABŞ vətəndaşı olması, ən azı 35 yaşı olması və ən azı 14 il ölkədə yaşaması lazımdır. Namizədlər öz siyasi partiyaları tərəfindən praymerizin nəticələrinə əsasən irəli sürülür. Seçilmiş prezidentin andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə təyin edilib.
21 iyul 2024-cü ildə Co Bayden seçkilərdə iştirak etməkdən imtina etmişdir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.