ABŞ
Şimali Amerikada demokratik ölkə / From Wikipedia, the free encyclopedia
Amerika Birləşmiş Ştatları (ing. United States of America), ABŞ (ing. USA), Birləşmiş Ştatlar (ing. United States) və ya sadəcə Amerika (ing. America) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən [qeydlər 3] və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir [qeydlər 4] və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir.
ABŞ | |||||
---|---|---|---|---|---|
ing. United States of America | |||||
| |||||
In God We Trust |
|||||
Tarixi | |||||
• Bəyannamə | 4 iyul 1776 | ||||
• Konfederasiya | 1 mart 1781 | ||||
• Paris sülh müqaviləsi | 3 sentyabr 1783 | ||||
• Mövcud konstitusiya | 21 iyun 1788 | ||||
• Dövlətə ən son qəbul | 24 mart 1976 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt |
Vaşinqton 38°53′ şm. e. 77°01′ q. u. |
||||
İdarəetmə forması | Federal prezidentli konstitusiya respublikası | ||||
Prezident | Co Bayden (D) | ||||
Vitse-prezident | Kamala Harris (D) | ||||
Palata spikeri | Mayk Conson (R) | ||||
Baş hakim | Con Roberts (R) | ||||
• Su sahəsi (%) | 6,97 | ||||
Əhalisi | |||||
• Əhali | ▲334.726.000[qeydlər 2][4] nəfər (3-cü) | ||||
• Siyahıyaalma (2010) | 308.745.538[qeydlər 2][5] nəf. | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $26.855 trilyon [6] dollar (2-ci) | ||||
• Adambaşına | ▲ $80.035 [6] dollar (8-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▲ $26.854 trilyon[6] dollar (1-ci) | ||||
• Adambaşına | ▲ $80.035 [6] dollar (7-ci) | ||||
İİİ (2021) | 0.921 (artış; 21-ci) | ||||
Demonim | Amerikalı | ||||
Valyuta | ABŞ dolları | ||||
İnternet domeni | .us | ||||
ISO kodu | US | ||||
BOK kodu | USA | ||||
Telefon kodu | +1 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.[12] Avropalıların kolonizasiyası XVI əsrdə başlamışdır. ABŞ şərq sahili boyunca qurulan On üç ingilis koloniyasından yarandı. Fransız-hindu müharibəsindən sonra Böyük Britaniya ilə koloniyalar arasında çoxsaylı mübahisələr 1775-ci ildə başlamış Amerika inqilabına və ardından 1776-cı ildə ABŞ istiqlal bəyannaməsi ilə nəticələndi. Müharibə ABŞ-nin Avropa hakimiyyətindən müstəqillik əldə edən ilk ölkə olması ilə 1783-cü ildə başa çatdı.[13] Mövcud konstitusiya 1788-ci ildə qəbul edilmiş və bir çox fundamental vətəndaş azadlıqlarını təmin etmək üçün ümumilikdə hüquqlar haqqında Bill adlanan ilk on dəyişikliklə 1791-ci ildə ratifikasiya edilmişdir. ABŞ XIX əsrdə Şimali Amerikada güclü bir genişlənməyə başladı, yeni torpaqlar aldı,[14] yerli amerika qəbilələrini köçürdü və 1848-ci ildə qitəyə yayılanadək tədricən ştatları qəbul etdi.[14] XIX əsrin ikinci yarısında ABŞ-də vətəndaş müharibəsi ölkədə hüquqi köləliyin sona çatmasına səbəb oldu.[15][16] Əsrin sonunda ABŞ Sakit okeana qədər genişləndi[17] və Sənaye inqilabı tərəfindən böyük ölçüdə yönləndirilən iqtisadiyyatı yüksəlməyə başladı.[18] İspan-ABŞ müharibəsi və Birinci Dünya Müharibəsi ölkənin qlobal hərbi güc statusunu təsdiqlədi. ABŞ İkinci dünya müharibəsindən qlobal bir supergüc, nüvə silahı inkişaf etdirən ilk ölkə, müharibədə istifadə edən yeganə ölkə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olaraq çıxdı. Amin'de bele deyirdi Mülkiyyət hüquqları qanunvericiliyinin, xüsusən 1964-cü il Vətəndaş hüquqları aktı, 1965-ci il Səsvermə hüquqları aktı və 1968-ci il Ədalətli mənzil aktının qəbulu irqi və ya rəngə əsaslanan ayrı-seçkiliyi qadağan etmişdir. Soyuq müharibə zamanı ABŞ və Sovet İttifaqı 1969-cu ildə ABŞ-nin Aya enişi ilə pik nöqtəsinə çatan Kosmik yarışda mübarizə apardı. Soyuq müharibənin sona çatması və 1991-ci ildə Sovet İttifaqının dağılması ABŞ-ni dünyanın yeganə supergücü etdi.[19]
O, federativ respublika və nümayəndəlik demokratiyasıdır. ABŞ Birləşmiş Millətlər Təşkilatının, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Amerika Dövlətləri Təşkilatının (ADT) və bir çox digər beynəlxalq təşkilatların təsisçi üzvüdür. Qlobal ÜDM-in təxminən dörddə birini təşkil edən nominal ÜDM üzrə dünyanın ən iri iqtisadiyyatı və AQP üzrə ikinci ən iri iqtisadiyyatına malik ABŞ yüksək inkişaf etmiş ölkədir.[20] ABŞ iqtisadiyyatı xidmətlərin və biliyə əsaslanan fəaliyyətlərin dominantlığı ilə xarakterizə edilən geniş postsənaye iqtisadiyyatdır, buna baxmayraq istehsalat sektoru dünyada ən böyük ikincidir.[21] ABŞ dünyada dəyərinə görə məhsulların ən böyük idxalçısı və ikinci ən böyük ixracatçısıdır.[22][23] Əhalisi dünya cəminin yalnız 4,3%-i olmasına baxmayaraq[24] ABŞ dünyada ümumi sərvətin 31%-ni təşkil edir, qlobal sərvətin ən böyük payı tək bir ölkədə cəmlənmişdir.[25]
Geniş gəlir və sərvət bərabərsizliyinə baxmayaraq, ABŞ orta əmək haqqı, insan inkişafı, adambaşına düşən ÜDM və işçi məhsuldarlığı da daxil olmaqla sosial-iqtisadi göstəricilərdə çox yüksək sırada qalmağa davam edir.[26][27] Qlobal hərbi xərclərinin üçdə birini təşkil edən ABŞ dünyanın ən qabaqcıl hərbi qüvvəsidir[28] və beynəlxalq səviyyədə aparıcı siyasi, mədəni və elmi gücdür.[29]