Kosmik yarış
From Wikipedia, the free encyclopedia
Kosmik yarış — SSRİ və ABŞ arasında 1957–1975-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur.
Kosmik yarış | |||
---|---|---|---|
Soyuq müharibə çərçivəsində | |||
Tarix | 4 oktyabr 1957 — 24 iyul 1975 | ||
Yeri | Kosmik fəza | ||
Nəticəsi |
• ABŞ və SSRİ-nin qələbəsi • ABŞ-nin Aya enməsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Terminin adı "Silahlanma yarışı"nın adına uyğunlaşdırılmışdır. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşımaqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradırdı.
"Yarış" 4 oktyabr 1957-ci ildə Sovet İttifaqında Yerin ilk süni peyki "Sputnik-1"in kosmosa göndərilməsi ilə başlanmışdır. Kosmik yarış dövründə SSRİ və ABŞ peyklərini orbitə öz daşıyıcı raketləri ilə çıxaran, idarəolunan kosmik uçuşları başladan, Günəş sisteminin digər planetlərini tədqiq edən dünyanın ilk və əsas "kosmik gücünə" çevrildilər.
Kosmosa insan göndərilməsi ətrafında gedən yarış SSRİ-nin qələbəsi ilə başa çatdı. 1961-ci il, aprelin 12-də SSRİ-də "Vostok" gəmisi ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-yə texniki və ideoloji zərbə endirdi.
Amerika buna 23 gündən sonra cavab verə bildi. ABŞ astronavtı Alan Şepard "Freedom-7" kosmik gəmisi ilə yerətrafı orbitə göndərildi, Şepard kosmosa göndərilən ikinci insan oldu. SSRİ buna növbəti kosmonavtlarını yerətrafı orbitə göndərməklə cavab verdi. SSRİ 1962-ci il avqustun 12–15-də kosmosa iki nəfər göndərdi və bununla Amerikanı yenə də qabaqlamış oldu.
Kosmos uğrunda gedən savaşa qadınlar da cəlb edildilər. Belə ki, 1963-cü il iyunun 16-da "Vostok-5" gəmisi ilə SSRİ ilk qadın kosmonavtı, Valentina Tereşkovanı kosmosa göndərdi. Bu isə ideoloji baxımdan ABŞ-yə vurulan daha bir zərbə oldu.
1966–68-ci illərdə SSRİ-nin kosmosa göndərdiyi kosmik gəmilərin bəziləri qəzaya uğradı. Bundan sonra kosmosda ağalıq etmək uğrunda mübarizədə ABŞ tədricən üstünlüyü ələ almağa başladı. 1969-cu il iyulun 21-də ABŞ-nin Ay proqramı çərçivəsində "Apollon-11" kosmik gəmisi uğurla Ay səthinə ilk astronavtları, Nil Armstronq və Edvin Oldrini çıxardı.