ABŞ vətəndaş müharibəsi
From Wikipedia, the free encyclopedia
Amerika vətəndaş müharibəsi (1861–1865) – Şimalla (İttifaqla) Cənub quldar ştatları arasında vətəndaş müharibəsi. Avraam Linkolnun prezident seçilməsinə cavab olaraq quldarlar cənub ştatlarını İttifaqdan ayırmağı qərara aldılar və müharibəyə hazırlaşmağa başladılar. 1861-ci ilin fevralında Montqomeri şəhərində Cənub ştatları Konfederasiya yaradıldı. Konfederasiya ABŞ-nin 34 ştatından 11-ni birləşdirdi. 1861-ci il aprelin 14-də cənublular Fort-Samteri tutdu. Bununla da müharibə başlandı. 1861-ci il iyulun 21-də Şimal ordusu (35 min) Manassas şəhərində, oktyabrda isə Bols-Blaff yaxınlığındakı döyüşlərdə məğlub edildi. İkinci dövründə (1863–1865) Şimal ordusuna 190 min zənci əsgər daxil oldu. 250 min zənci arxa cəbhədə hərbi qulluğa cəlb edildi. 1863-cü ilin iyulunda cənublular Gettisberq və Missisipi çayı vadisindəki döyüşlərdə məğlub oldular. 1865-ci il aprelin 3-də Konfederasiyanın paytaxtı Riçmond şəhəri tutuldu. Həmin müharibədə tarixdə ilk dəfə zirehli gəmilərin döyüşü (1862-ci il martın 9-da) oldu. 1867-ci il martın 2-də Cənubun Yenidənqurması haqqında birinci qanun verildi.
ABŞ Vətəndaş müharibəsi | |||
---|---|---|---|
Tarix | 12 aprel, 1861 - 12 aprel, 1865 | ||
Yeri | ABŞ əraziləri | ||
Səbəbi | Avraam Linkolnun prezident seçilməsi | ||
Nəticəsi |
ABŞ qalib qəldi, köləlik ləğv edildi. Konfederasiya dağıldı. |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||