From Wikipedia, the free encyclopedia
Almaniya iqtisadiyyatı Avropada ən böyük, 2008-ci ildə Ümumi Daxili Məhsula görə dünyada dördüncü ən böyük iqtisadiyyatdır. Almaniya 2009-cu ildə (Avrozona ölkələri daxil olmaqla) ixrac edilən 1,120 $ trilyon məhsul ilə dünyanın böyüklüyünə görə ikinci ixracatçısıdır. İxracatlar milli hasilatın üçdə birinə bərabərdir. 2009-cu il məlumatlarına görə Almaniyanın xarici valyuta ehtiyatları 185 milyard, xarici borcu isə 5.2 trilyon ABŞ dollarıdır.
Almaniya iqtisadiyyatı | |
---|---|
| |
Valyuta | Avro (EUR, €) |
Büdcə ili | 1 yanvar - 31 dekabr |
Ticarət təşkilatları | Avropa Birliyi, ÜTT və İƏİT |
Ölkə qrupu |
|
Statistika | |
ÜDM | |
ÜDM sıralaması | |
Adambaşına düşən ÜDM | |
Adambaşına düşən ÜDM sıralaması |
|
Sektorlarına görə ÜDM |
|
Komponentlərinə görə ÜDM |
|
İnflyasiya (İQİ) | |
Yoxsulluq həddindən aşağı olan əhali | 17.4% (AROPE, 2019)[5] |
Cini indeksi | 29.7 aşağı (2019, Avrostat)[6] |
İnsan İnkişafı İndeksi | |
İşçi qüvvəsi | } |
Məşğulluğa görə işçi qüvvəsi |
|
İşsizlik səviyyəsi | |
Orta aylıq gəlir | €4,012 / $4,450 aylıq (2019) |
Orta aylıq mənfəət | €2,439 / $2,705 aylıq (2019) |
Biznesin qurulma asanlığı indeksi | ▲ 22-ci (çox rahat, 2020)[10] |
Xarici ticarət | |
İxrac | ▲ $1.810 trilyard (2019 təxm.)[4] |
İxrac məhsulları | minik maşınlar, mexaniki avadanlıq, kimyəvi məhsullar, komputer və elektronika məhsulları, elektrik avadanlıqları, dərman vasitələri, metals, transport equipment, qida malları, tekstil, rezin və plastik məhsullar |
İxrac tərəfdaşları | |
İdxal | ▲ $1.236 trilyard (2019 təxm.)[4] |
İdxal məhsulları | mexaniki avadanlıq, data işləmə avadanlıqları, maşınlar, kimyəvi məhsullar, neft və qaz, metallar, elektrik avadanlıqları, dərman vasitələri, qida malları, kənd təsərrüfatı malları |
İdxal tərəfdaşları | |
BXİ indeksi | |
Cari hesab | ▼ $291 milyard (2017 təxm.)[4] |
Xarici borc | $5.084 trilyard (31 mart 2017)[12] |
Dövlət maliyyəsi | |
İctimai borc | { |
Büdcə balansı | |
Gəlirlər | ÜDM-nin 46.8%-i(2019)[13] |
Xərclər | ÜDM-nin 45.4%-i(2019)[13] |
İqtisadi yardım | donor: RİD, $24.67 milyard (2016)[14] |
Kredit sıralaması | |
Xarici ehtiyatlar | $24.67 milyard (2016)[14] |
Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir. |
Avropa iqtisadiyyatının sürətli inkişafına səbəb olan Sənaye inqilabı Almaniyaya inqilabın birinci başladığı Böyük Britaniyadan xeyli sonra gəlib çatıb. Buna konfederasiyada olan alman dövlətlərinin sənaye müəssisələrinin yaradılması üçün böyük təşəbbüs göstərməsi, yaxud artıq mövcud olan sənaye müəssisələrinə subsidiyalar səbəb olmuşdur. Prussiya və digər alman dövlətlərinin güclü dəstəyi nəticəsində XIX əsrdə yeni yaranan alman sənayesi sürətlə inkişaf etməyə başladı. Şimali Almaniyada yerləşən alman dövlətləri cənubdakılara nisbətən iqtisadi resurslarla daha zəngin idilər. Qərbdə Şlezviq-Holşteyndə, şərqdə isə Prussiyada yerləşən münbit torpaqlar kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradırdı. Həmçinin Rur vadisində yerləşən zəngin dəmir filizi və daş kömür yataqları da şimal ərazilərdə idi. Şimali Almaniyadan fərqli olaraq cənubda yerləşən alman dövlətləri təbii sərvətlərlə zəngin deyildilər və iqtisadi inkişaf cəhətdən daha geridə qalırdılar. Cənubi Almaniyada əsasən yüngül sənaye və kiçik müəssisələr inkişaf edirdi. Lakin Almaniya iqtisadiyyatının inkişafında başlıca rolu alman bankları oynayırdılar. Almaniyadakı banklar effektiv işləməklə bərabər, həm də kartellər şəklində birləşərək öz güclərini artırırdılar.
Almaniya İmperiyasının yaranması ilə Almaniya torpaqlarında daha sürətli iqtisadi inkişaf prosesi başlandı. Alman aristokratları, bankirləri, mülkədarları və müəssisə sahibləri həmin dövrdə ilk iqtisadi alman möcüzəsini həyata keçirdilər. Almaniyada İkinci Sənaye İnqilabı baş verdi. Otto fon Bismarkın hakimiyyəti dövründə Almaniya imperiyasının iqtisadi inkişafı sosial yönümlü idi. Almaniyada orta sinif güclənməyə başlayırdı, bu təbəqəyə aid olan insanlar mərkəzi hakimiyyəti və onun ambisiyalarını dəstəkləyirdilər. Lakin imperator I Vilhelmin dövründə Almaniya onun üçün fəlakətli nəticələr doğuran Birinci dünya müharibəsinə qoşuldu. Bu müharibə nəinki Almaniya imperiyasının iqtisadiyyatını, həmçinin onun varisi olan Veymar Respublikasının iqtisadiyyatını da dağıtdı. Almaniya böyük borclanmaya girdi. 1918-ci ildə 1 ABŞ dolları 8.9 alman markası dəyərində idisə, 1923-cü ildə 1 ABŞ dolları 4.2 trilyon alman markasına bərabər olmuşdu. Veymar Respublikası dövründə alman iqtisadiyyatının tənəzzüldə olması onun dağılmasına gətirib çıxardı. Ölkədə işsizlik səviyyəsi 30% civarında idi.
Lakin 1933-cü ildə Hitlerin hakimiyyətə gəlməsi nəticəsində Almaniya iqtisadiyyatı sürətlə dirçəlməyə başladı. Hitler dövründə Almaniya hökuməti ölkəni hərbi cəhətdən gücləndirə bilən və Almaniyanın digər ölkələrdən iqtisadi asılılığını azaldan sənaye sahələrinə subsidiyalar ayırmaqla onların güclənməsinə çalışırdı. Bu dövrdə Almaniya iqtisadiyyatı yenidən Avropada ən güclü iqtisadiyyat adını aldı. Lakin İkinci dünya müharibəsi almanlar üçün daha fəlakətli oldu. Almaniyanın demək olar ki, bütün iqtisadiyyatı dağıdıldı. Buna baxmayaraq, almanlar iqtisadiyyatı sürətlə bərpa etməyi bacararaq iqtisadi möcüzə etdilər.
Ən inkişaf etmiş sənaye xalqlarından biri olan Almaniya, bu gün ABŞ, Çin və Yaponiyadan sonra ən böyük milli iqtisadiyyat mövqesindədir. 82,5 milyonluq əhalisiylə də Avropa Birliyinin ən böyük və ən əhəmiyyətli bazarı mövqesindədir. 2004-cü ildə Almaniya 2,216 milyard Avroluq Ümum Milli Məhsul rəqəminə çataraq adam başına düşən milli gəlir 26.856 Avronu tapdı. İqtisadiyyatdakı bu performans xüsusilə xarici ticarət sayəsində əldə edildi. 734 milyard Avroluq ixracat həcmiylə (2004) Almaniya, dünyanın mal ixracatında ən yüksək rəqəmlərə çataraq "dünya ixracat çempionu" oldu. Bu yüksək ixracat performansının dinamikası ixrac edilən malların 84%-ni (2004) təmin edən sənaye sektoru oldu. Bu rəqəmlər, Almaniyanın günümüzün iqtisadi reallığı olan qlobal ticarətə özünü digər bütün ölkələrdən daha sıx bir şəkildə hazırladığını göstərir. Ölkənin ən əhəmiyyətli iqtisadi mərkəzləri (keçmişin ağır sənaye bölgəsi olan, daha sonra zamanın şərtlərinə uyğunlaşaraq irəli texnologiya və xidmət sektoru mərkəzlərinə çevrilmə müvəffəqiyyəti göstərən) Rur Bölgəsinin yanında, Münhen və Ştuttqart metropolunun bölgələri (yüksək texnologiya, avtomobil), Frankfurt am Mayn (maliyyə), Köln, Hamburq (liman, Airbus təsisləri, media) və Leipziqdir. Beynəlxalq müqayisəyə görə, Almaniyanın həyat standartları çox yüksəkdir. Ödənişli bir işçinin aylıq ortalama gəliri 2500 Avro, maaşlı çalışanlarınsa 3400 Avro səviyyəsindədir. Almaniya, qiymət sabitliyiylə də tanınmışdır — 2004 ili inflyasiyası 1,7% səviyyəsində qalmışdır. Alman iqtisadiyyatı indiki vaxtda xüsusilə məşğulluq bazarı və ictimai təhlükəsizlik sistemindəki strukturca problemləri həll etməyə çalışmaqdadır. İşsizlik nisbəti 2005-ci il sonunda Qərbdə 9,4% və beş Şərq əyalətində 17% səviyyəsində oldu. Bunun yanında Almaniyanın yenidən birləşməsi də illik 80 milyard Avroya çatan transfer xərcləmələriylə iqtisadiyyata çox böyük bir yük gətirməkdədir. Buna görə də keçdiyimiz illərdə iqtisadiyyatın böyümə həcmi ildə 1% ətrafında olmuşdur.
Almaniyanın rəqabət gücünün açıq bir göstəricisi, 1991-ci ildən bəri, istehsal içindəki ixracat payında görülən davamlı artımdır. Yalnız maşın sənayesinin reallaşdırdığı ixracat 1991–2001 illəri arasında cəmi maşın istehsalının 52%-dən təxminən 69%-ə çıxmış, kimya sənayesində 50%-dən 70%-ə, avtomobil istehsalında 43%-dən 69%-ə, elektrotexnikada isə 31%-dən 42%-ə yüksəlmişdir. Cəmi sənaye istehsalındakı ixracatın payı 33%-dür. Dünya ticarətində Almaniyanın payı isə 10% ətrafındadır.
Almaniya, xarici sərmayəçilər baxımından yalnız texnoloji inkişafından ötəri deyil, eyni zamanda mərkəzi coğrafi mövqesi, son dərəcə inkişaf etmiş infrastrukturu, hüquq sisteminin etibarlı olması və səriştəli işçi bazarı səbəbiylə də həmişə cazibədar bir mərkəzdir. 2000-ci ildə edilən vergi islahatının ardından həm şirkətlər, həm də fərdi təşəbbüskarlar üçün vergi yükü əhəmiyyətli bir nisbətdə azalmış və beynəlxalq miqyasda rəqabət edə bilər hala gəlmişdir. Almaniyanın vergi yükü baxımından, beynəlxalq səviyyədə müqayisə etmələrdəki mövqesini daha da yaxşılaşdırıla bilməsi üçün 1 yanvar 2008-də şirkətlər vergi hüququnda yeni islahatların dövrəyə girməsi hədəflənməkdədir. 1994-cü və 2003-cü illəri arasında Almaniya, aralarında General Electric ya da AMD kimi dünya lideri şirkətlərin də olduğu qruplardan gələn böyük sərmayələr olmaq üzrə cəmi 387 milyard ABŞ Dolları qədər birbaşa sərmayə qoyulmuşdur. Sərmayə qərarı alınmasında ən böyük müsbət olaraq xüsusiyyətli iş qüvvəsi ön plana çıxmışdır. Çalışanların 81%-i bir peşə təhsili sahibiykən bunların 17%-i bir universitet ya da yüksək məktəb məzunudur. Bu yüksək nisbətlərə çatmada, təhsildə "ikili sistem" əhəmiyyətli bir rol oynamışdır. Bu sistemlə cəmiyyətin təhsil keyfiyyətində yüksək və xaricdə də təqdir edilən bir səviyyəyə çatmaq mümkün olmuşdur.
Almaniya, xüsusilə də yüksək texnologiya sahəsində, xarici sərmayəçilərin marağını çəkən bir mərkəzdir: 2004–2005-in böyük xarici sərmayəçiləri arasında, Drezdendə 2,5 milyard Avro dəyərində ikinci bir mikroçip fabriki inşa edən Kaliforniyalı mikroçip istehsalçısı Advanced Micro Devices (AMD), dərman sektorunda da Neu-Ulm və Drezdendə böyük sərmayələr edən Pfizer və GlaxoSmithKline (GSK) sayıla bilər. Dünyanın ən böyük texnologiya şirkəti olan General Electric (GE), 500 milyon Avro xərcləmə edərək qlobal araşdırma mərkəzini Münhen yaxınlarındakı Qarçinqdə açmışdır. Xarici firmalar Alman bazarının güclü yönlərinin fərqindədirlər: Almaniyada, 500ü dünyanın ən böyüklərindən olan təxminən 22 000 beynəlxalq firma fəaliyyətdədir.[18]
Almaniya bir federasiya olaraq çoxmərkəzli ölkədir və vahid iqtisadi mərkəzi yoxdur. Birja Frankfurt Maynd şəhərində yerləşir, ən böyük Media şirkəti (Bertelsmann SE & Co. KGaA) baş ofisi Güterslohda yerləşir; ən böyük avtomobil istehsalçıları Volfsburqda (Volkswagen), Ştutqartda (Mercedes-Benz və Porsche) və Münhendə (Audi və BMW) yerləşir.[19]
Almaniya daha sıx Avropa iqtisadi və siyasi inteqrasiyasının tərəfdarıdır. Onun ticarət siyasəti getdikcə daha çox Avropa İttifaqı (Aİ) üzvləri arasında razılaşmalar və Aİ-nin vahid bazar qanunvericiliyi ilə müəyyən edilir. Almaniya 1 yanvar 1999-cu ildə ümumi Avropa valyutası olan avronu təqdim etdi. Onun pul siyasətini Frankfurtda Avropa Mərkəzi Bankı müəyyən edir.
Cənub əyalətləri (“Bundesländer”), xüsusilə Bayern, Baden-Vürtemberq və Hessen iqtisadi cəhətdən şimal əyalətlərindən daha güclüdür. Almaniyanın ənənəvi olaraq ən güclü (eyni zamanda ən qədim) iqtisadi rayonlarından biri qərbdə Duysburq və Dortmund arasında yerləşən Ruhr bölgəsidir. Ölkənin 100 ən böyük şirkətindən 27-si orada yerləşir. İqtisadiyyatı təbii sərvətlərə və ağır sənayeyə əsaslanan bölgədə son illərdə işsizlik əhəmiyyətli dərəcədə artmışdır (2010: 8,7%).[19]
İşsizlərin ən az olduğu əyalətlər olan Bayern və Baden-Vürtemberq iqtisadiyyatı isə (2018: 2,7%, 3,1%), əksinə, yüksək dəyərli məhsullara əsaslanır. Mühüm sektorlar digərləri arasında avtomobil, elektronika, aerokosmik və biotibbdir. Baden-Vürtemberq xüsusilə avtomobil və maşınqayırma sənayesi üçün sənaye mərkəzi və Mercedes-Benz (Daimler), Porsche və Bosch kimi markaların vətənidir.[19]
1990-cı il oktyabrın 3-də yenidən birləşmə ilə Almaniya iki keçmiş respublikanın iqtisadi sistemlərini uzlaşdırmaq üçün əsas vəzifəyə başladı. Müdaxiləçi iqtisadi planlaşdırma Almaniyanın şərqində keçmiş Qərbi Almaniya səviyyəsinə qədər tədricən inkişafı təmin etdi, lakin Qərbi Almaniya əyalətlərində yaşayış səviyyəsi və illik gəlir əhəmiyyətli dərəcədə yüksək olaraq qalır.[20]Şərqi Almaniya iqtisadiyyatının modernləşdirilməsi və inteqrasiyası 2019-cu ilə qədər davam etməsi planlaşdırılan uzunmüddətli bir proses olaraq davam edir, qərbdən şərqə illik transferlər təxminən 80 milyard dollar təşkil edir. Ümumi işsizlik səviyyəsi 2005-ci ildən ardıcıl olaraq azalıb və 2012-ci ildə son 20 ilin ən aşağı səviyyəsinə çatıb. 2014-cü ilin iyul ayında ölkə 1 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcək federal qaydada minimum əmək haqqının tətbiqi üçün qanunvericiliyə başladı.
25 may 2023-cü ildə Almaniya iqtisadiyyatında tənəzzül elan edildi. Yanvar-mart ayları arasında Ümumi Daxili Məhsulun (ÜDM) 0,3% azaldığı bildirilir. Bu daralma əsasən istehlak xərclərini azaldan qiymətlərin artması ilə əlaqədardır. Almaniyanın statistika idarəsi ilin birinci rübündə ev təsərrüfatlarının xərclərinin 1,2% azaldığını bildirib.[21]
Almaniya torpağı təbii ehtiyatlarla nisbətən kasad sayılır. Böyük həcmdə rast gəlinən ehtiyatlara yalnız qonur kömür və duz ehtiyatları aiddir. Neft, təbii qaz və digər vacib xammal məhsulları Almaniyaya digər ölkələrdən idxal olunur.
Almaniyanın duz ehtiyatları 250 milyon il əvvəl formalaşmış süxurlarda tapılır. Əsasən ölkənin şimal hissəsində hasil olunur. Ölkənin daş kömür ehtiyatları isə 300 milyon il əvvəl mövcud olmuş bataqlıqların ərazilərində formalaşıb. Həmin ərazilər müasir dövrdə Cənubi İngiltərədən Polşaya qədər uzanır. Almaniyada daha çox tapılan qonur kömür ehtiyatları da eyni proses nəticəsində formalaşıb, lakin onların formalaşması daha gec, təxminən 65 milyon il əvvəl başlayıb. Bu qonur kömürdə olan ağac hissələri tam olaraq çürümədiyindən qonur kömürün yanarkən verdiyi istilik daş kömürün verdiyi istilikdən daha azdır. Qonur kömür istehsalına görə Almaniya dünyada birinci yeri tutur. Əsas qonur kömür ehtiyatları ölkənin ucqar şərq və qərb bölgələrində istehsal olunur. Qonur kömürün başqa yerə nəql olunması iqtisadi cəhətdən sərfəli olmadığından hasilat rayonlarının yaxınlığında qonur kömürlə işləyən İstilik Elektrik stansiyaları tikilmişdir. Hasil olunan məhsul həmin stansiyalarda elektrik istehsal olunması üçün sərf olunur.
Bütün sənaye ölkələrində olduğu kimi Almaniyanın sənayesi də illərdir strukturca bir dəyişiklik keçirməkdədir. Sənayenin əhəmiyyəti köhnəyə nisbətlə azalarkən xidmət sektoru sənayenin yerini almaqdadır. Yenə də sənaye, Alman iqtisadiyyatının ən əhəmiyyətli sektoru olmağı davam etdirməkdə və Böyük Britaniya ya da ABŞ kimi böyük sənaye ölkələrinə görə daha geniş bir təməl üzərində yüksəlməkdədir — necə ki Almaniyada çalışanların səkkiz milyonu sənayedə çalışmaqdadır. Ən əhəmiyyətli sənaye alt sektorları, sırasıyla avtomobil (227 milyard Avro satış həcmi, 777000 çalışan), elektrotexnika (152 milyard Avro satış həcmi, 799000 çalışan), maşın sənayesi (142 milyard Avro satış həcmi, 868000 çalışan) və kimya sənayesidir (113 milyard Avro satış həcmi, 429000 çalışan). Ənənəvi sənaye mövqeləri arasında iştirak edən tekstil ya da dəmir-çelik sənayesi kimi sahələrdə son vaxtlarda bazarların kiçilməsi və aşağı ödəniş tətbiq olunan ölkələrin rəqabəti üzündən böyük geriləmələr olmuşdur. Buna paralel olaraq məsələn dərman sənayesində olduğu kimi Alman mənşəli firmaların xarici firmalarla etdikləri anlaşmalarla və ya firmanın xaricilər tərəfindən satın alınmasıyla mülkiyyət qismən və ya tamamilə xarici firmalara keçmişdir. Alman iqtisadiyyatının beynəlxalq rəqabət gücünü, yalnız Siemens kimi böyük quruluşlar deyil, bunlardan daha da əhəmiyyətlisi on minlərlə kiçik və orta ölçülü müəssisələr (500 çalışana qədər) təmin etməkdədir. Xüsusilə maşın sənayesi və yan sənayedə olduğu kimi gələcək vəd edən və firma çoxluqlaşması (cluster) deyilən quruluşda (eyni sektorda fəaliyyətlərdə olan firmaların və digər quruluşların eyni mərkəzdə sıxlaşması formasında) mütəşəkkil olan nanotexnoloji və biyotexnoloji kimi sahələrdə də orta ölçülü müəssisələr ön plana çıxmaqdadır. Orta ölçülü müəssisələr 20 milyondan çox adamı işlədərək açıq arayla ən böyük işə götürən mövqesindədir. Sənayenin "admiral gəmisi" xüsusiyyəti qazanmış olan maşın sənayesində firmaların əksəriyyəti 200dən az çalışanla işləməsinə qarşılıq, Alman maşın sənayesi, dünyanın ehtiyac duyduğu maşın təchizatlarını ən yüksək keyfiyyətdə çıxarmaqdadır. Bu bazar sahəsində Almaniya, dünya ticarətindəki 19,3%-lik payla dünya lideridir.
Almaniyanın kənd təsərrüfatı yüksək intensiv istehsalatdır. Burada hər hektara İngiltərədən, Fransadan və ABŞ-dən çox gübrə səpilir. Ölkənin buğda istehsalı tələbatın 80 faizini, şəkər istehsalı 85 faizini, ət istehsalı 90 faizini, südə olan tələbatını 100 faiz ödəyir. Xüsusilə heyvandarlıq inkişaf etmişdir, o bütün kənd təsərrüfatı məhsullarının 80 faizini təşkil edir. Hər yerdə donuzçuluq yayılmışdır, donuzların sayına görə ölkə Avropada birinci yeri tutur. Bitkiçilik heyvandarlığın yardımçı sahəsidir, burada çovdar, yulaf, kartof, yem bitkiləri becərilir, biçənəklərin və otlaqların payına isə bütün kənd təsərrüfatı sahələrinin 40 faizi düşür. Şəhərətrafı zonalarda tərəvəzçilik inkişaf etmişdir, cənubda və cənub- qərbdə çoxlu sayda meyvə bağları salınmışdır. Almaniyanın kənd təsərrüfatının fəal inkişafına baxmayaraq, burada da problemlər az deyil. Almaniyada təsərrüfatların orta torpaq sahəsi cəmi 15 hektardır. "Ümumi bazar"ın ekspertləri isə hesab edirlər ki, yalnız torpaq sahəsi 80 hektar, 40 inəyi və 10 min quşu olan iri müasir təsərrüfatlar rəqabətli mübarizə apara bilər. Əsasən daha çox orta torpaq sahəsi 5 – 6 hektar olan, cənub-qərbin dağlıq rayonlarının təsərrüfatları zərər çəkir. Buna görə də, Avropa İttifaqı tərəfindən taxıla, donuz ətinə, mal ətinə, quş ətinə vahid qiymətlərin tətbiq edilməsindən sonra, Almaniya hökuməti fermer təsərrüfatlarının sayının azaldılması siyasətini həyata keçirməyə başlamışdır. Almaniyanın yeni torpaqlarında kənd təsərrüfatı da yetəri qədər yaxşı inkişaf etmişdir. Şəkər, cənub meyvələri, tezyetişən tərəvəzlər və çörək taxılının bəzi hissəsi istisna olmaqla, əhalinin əsas qida məhsulları ilə təminatı daxili kənd təsərrüfatı məhsulları istehsalı hesabına təmin edilir. Əhalini təzə tez xarab olan məhsullarla (meyvə, tərəvəz, süd, ət) təmin etmək məqsədilə iri şəhərlərin ətrafında bostan-bağ qurşaqları formalaşdırılmışdır, məhsuldarlığı gündə 500 min yumurta təşkil edən şəhərətrafı quşçuluq fermaları, 20 min iribuynuzlu mal-qaranın və donuzların yerləşdirilməsinə hesablanmış fermalar inşa edilmişdir Südün, donuz ətinin və quş ətinin istehsalı heyvandarlığın əsas sahələridir. Bitkiçiliyin strukturunda yem bitkilərinin payı artır, silos üçün qarğıdalı, kökümeyvəlilər, yemlik arpa, kartof, yulaf becərilir. Əsas dənli bitki buğdadır. Almaniya kənd təsərrüfatı məhsullarının istehsalı üzrə Fransadan sonra Avropada ikinci yeri tutur. Heyvandarlıq əmtəə məhsullarının 80 faizini istehsal edir, onun ehtiyacları üçün bitkiçilik inkişaf etdirilmişdir, əkin sahələrinin ərzaq bitkiləri üçün ayrılmış hissəsindən daha böyük hissəsi yemlik bitkilər üçün ayrılmışdır. Lakin, buna baxmayaraq yem taxılı xeyli miqdarda idxal edilir, xüsusilə də qarğıdalı.
2002-ci ilə görə Almaniya ABŞ, Çin, Hindistan və Yaponiyanın ardından ən çox enerji istehlak edən beşinci ölkədir. Bu istehlakın 2/3 hissəsi idxalatla qarşılanmaqdadır. Həmin il Almaniya 512.9 milyard kilovatt saat elektrik istehlakı ilə bu göstəriciyə görə Avropada birinci yeri tutub. Almaniya hökuməti geotermal, külək enerjisi kimi bərpa olunan enerji qaynaqlarının istifadəsinin yayılmasına çalışır. Enerjinin effektiv istifadə edilməsi məqsədiylə inkişaf etdirilən layihələr lazımi nəticəni verib. 1970-ci ildən etibarən enerji məhsuldarlığı artmışdır. Hökumət 2050-ci ildə ölkənin enerji ehtiyacının yarıdan çoxunu bərpa olunan enerji qaynaqlardan qarşılama hədəfini qoymuşdur.
Almaniyanın infrastrukturu xüsusilə güclüdür. Ölkədə 12000 kilometr şose olan 230 000 kilometrlik quru yolu şəbəkəsi və 36000 kilometr dəmiryolu şəbəkəsi, Almaniyanı qitə Avropasındakı nəqliyyatın əhəmiyyətli bir qovşağı halına gətirmişdir. Qitə Avropasındakı ən böyük havalimanı olan Frankfurt Hava Limanı və ölkənin dörd bir yanından iştirak edən digər əhəmiyyətli havalimanları beynəlxalq nəqliyyatı asanlaşdırmaqdadır. Ayrıca 4,3 milyard Avroluq bir sərmayə paketinin 2009-cu ilə qədər infrastrukturu daha da gücləndirməsi hədəflənməkdədir.
Aşağıdakı cədvəllərdə 1980–2018-ci illər aralığında Almaniya iqtisadiyyatının əsas göstəriciləri verilib. İnflyasiyanın 2%-dən aşağı olduğu illər yaşıl rənglə göstərilib.[22]
1980–1995
İl | 1980 | 1981 | 1982 | 1983 | 1984 | 1985 | 1986 | 1987 | 1988 | 1989 | 1990 | 1991 | 1992 | 1993 | 1994 | 1995 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ÜDM (milyard avro) |
789.1 | ▲823.8 | ▲856.3 | ▲897.9 | ▲942.0 | ▲983.4 | ▲1,040.0 | ▲1,074.0 | ▲1,130.8 | ▲1,202.7 | ▲1,312.4 | ▲1,579.8 | ▲1,695.3 | ▲1,748.6 | ▲1,830.2 | ▲1,898.9 |
Adam başına ÜDM (avro ilə) |
10,270 | ▲10,700 | ▲11,131 | ▲11,712 | ▲12,337 | ▲12,912 | ▲13,644 | ▲14,089 | ▲14,745 | ▲15,526 | ▲16,624 | ▲19,754 | ▲21,060 | ▲21,602 | ▲22,555 | ▲23,354 |
ÜDM-də artım (real) |
▲1.3 % | ▲0.1 % | ▼0.8 % | ▲1.6 % | ▲2.8 % | ▲2.2 % | ▲2,4 % | ▲1,5 % | ▲3.7 % | ▲3.9 % | ▲5.7 % | ▲5.0 % | ▲1.5 % | ▼1.0 % | ▲2.5 % | ▲1.8 % |
İnflyasiya dərəcəsi (faizlə) |
5.4 % | 6.3 % | 5.3 % | 3.3 % | 2.4 % | ▲2.0 % | ▲0.1 % | ▲0.2 % | ▲1.3 % | 2.8 % | 2.7 % | 3.4 % | 5.0 % | 4.5 % | 2.7 % | ▲1.7 % |
İşsizlik faizi (faizlə) |
3.4 % | 4.8 % | 6.7 % | 8.0 % | 8.1 % | ▬8.1 % | 7.8 % | ▬7.8 % | 7.7 % | 6.8 % | 6.2 % | 5.5 % | 6.6 % | 7.8 % | 8.4 % | 8.2 % |
Büdcə balansı (ÜDM-yə nisbəti) |
… | … | … | … | … | … | … | … | … | … | … | ▼3.2 % | ▼2.6 % | ▼3.1 % | ▼2.5 % | ▼9.4 % |
1996–2010
İl | 1996 | 1997 | 1998 | 1999 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ÜDM (milyard avro) |
▲1,926.3 | ▲1,967.1 | ▲2,018.2 | ▲2,064.9 | ▲2,116.4 | ▲2,179.8 | ▲2,209.2 | ▲2,220.0 | ▲2,270.6 | ▲2,300.8 | ▲2,393.3 | ▲2,513.2 | ▲2,561.7 | ▼2,460.2 | ▲2,580.1 |
Adam başına ÜDM (avro ilə) |
▲23,646 | ▲24,133 | ▲24,780 | ▲25,360 | ▲25,983 | ▲26,741 | ▲27,082 | ▲27,224 | ▲27,875 | ▲28,288 | ▲29,483 | ▲31,030 | ▲31,719 | ▼30,568 | ▲32,136 |
ÜDM-də artım (real) |
▲0.9 % | ▲1.9 % | ▲1.8 % | ▲1.9 % | ▲3.2 % | ▲1.8 % | ▬0 % | ▼0.7 % | ▲0.7 % | ▲0.9 % | ▲3.9 % | ▲3.4 % | ▲0.8 % | ▼5.6 % | ▲3.9 % |
İnflyasiya dərəcəsi (faizlə) |
▲1.2 % | ▲1.5 % | ▲0.6 % | ▲0.6 % | ▲1.4 % | ▲1.9 % | ▲1.4 % | ▲1.0 % | ▲1.8 % | ▲1.9 % | ▲1.8 % | 2.3 % | 2.7 % | ▲0.2 % | ▲1.2 % |
İşsizlik faizi (faizlə) |
8.9 % | 9.7 % | 9.4 % | 8.6 % | 8.0 % | 7.8 % | 8.6 % | 9.7 % | 10.3 % | 11.0 % | 10.0 % | 8.6 % | 7.4 % | 7.7 % | 6.9 % |
Büdcə balansı (ÜDM-yə nisbəti) |
▼3.5 % | ▼2.9 % | ▼2.5 % | ▼1.7 % | ▲0.8 % | ▼3.1 % | ▼3.9 % | ▼4.2 % | ▼3.7 % | ▼3.4 % | ▼1.7 % | ▲0.2 % | ▼0.2 % | ▼3.2 % | ▼4.2 % |
2011–2018
İl | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 |
---|---|---|---|---|---|---|---|---|
ÜDM (milyard avro) |
▲2,703.1 | ▲2,758.2 | ▲2,826.2 | ▲2,938.6 | ▲3,048.9 | ▲3,159.8 | ▲3,277.3 | ▲3,386.0 |
Adam başına ÜDM (avro ilə) |
▲33,673 | ▲34,296 | ▲35,045 | ▲36,286 | ▲37,323 | ▲38,370 | ▲39,650 | ▲40,852 |
ÜDM-də artım (real) |
▲3.7 % | ▲0.7 % | ▲0.6 % | ▲2.2 % | ▲1.5 % | ▲2.2 % | ▲2.5 % | ▲1.5 % |
İnflyasiya dərəcəsi (faizlə) |
2.5 % | 2.1 % | ▲1.6 % | ▲0.8 % | ▲0.1 % | ▲0.4 % | ▲1.7 % | ▲1.9 % |
İşsizlik faizi (faizlə) |
5.9 % | 5.4 % | 5.2 % | 5.0 % | 4.6 % | 4.2 % | 3.8 % | 3.4 % |
Büdcə balansı (ÜDM-yə nisbəti) |
▼1.0 % | ▬0 % | ▼0.1 % | ▲0.3 % | ▲0.6 % | ▲0.8 % | ▲1.1 % | ▲1.7 % |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.