Alman Milli Şurası
From Wikipedia, the free encyclopedia
Alman Milli Şurası — Azərbaycandakı alman koloniyalarının mənafeyini müdafiə etmək məqsədilə fəaliyyət göstərmiş qurum. 1918-ci il noyabrın 19-da yaradılmışdı. Şura, ilk növbədə, almanların Azərbaycandakı əmlakının qorunması məsələləri ilə məşğul olurdu. Sayları az olduğundan seçki senzinə uyğun gəlməmələrinə baxramayaraq, milli təmsilçilik prinsipinə uyğun olaraq Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli qərarı ilə alman əhalisindən də bir nümayəndəni Parlamentin tərkibinə daxil etmək və onun seçimini alman milli təşkilatlarına həvalə etmək nəzərdə tutulmuşdu. Azərbaycan Parlamentində mill azlıqların nümayəndələri üçün ayrılmış 4 yerdən birini alman azlığının nümayəndəsi mandatını Yelenendorfdan (indiki Göygöl) olan deputat Lorens Yakov Kun aldı. Onun Parlamentdəki, xüsusilə aqrar komissiyasındakı işi, əsasən alman koloniyalarının mənafelərinin müdafiəsinə yönəlmişdi.[1]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fe/Germanazerbaijanis.gif/220px-Germanazerbaijanis.gif)