Alma-Ata bəyannaməsi (1991)
From Wikipedia, the free encyclopedia
Alma-Ata bəyannaməsi, Alma-Ata müqaviləsi — MDB-nin məqsəd və prinsipləri, əsasları barədə bəyannamə. Bəyannamədə MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılığı təsdiqləndi.
21 dekabr 1991-ci ildə prezidentlərin Alma-Ata görüşündə imzalanmışdır (sonradan bu cür görüşlər MDB Dövlət Başçıları Şurasının iclasları şəklində keçirilmişdir). Nəticədə, Belarusiya, Rusiya və Ukraynadan əlavə daha 8 respublika MDB-yə qoşuldu: Azərbaycan (24 sentyabr 1993), Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan.
Gürcüstan 1993-cü ilin dekabrında MDB-yə qoşulub. Baltikyanı respublikalar (Latviya, Litva və Estoniya) Belovej razılığı kimi, Alma-Ata Bəyannaməsini də imzalamaqdan imtina etdilər.
3 aprel 1990-cı il tarixli 1409-I saylı "İttifaq respublikasının SSRİ-dən ayrılması ilə bağlı məsələlərin həlli qaydası haqqında" SSRİ Qanunu və SSRİ-nin qorunub saxlanmasına dair Ümumittifaq referendumunun nəticələrini pozaraq qanuni şəkildə imzalanmışdır[1].
Alma-Ata Bəyannaməsinin imzalanmasında iştirak edən şəxslər | ||
---|---|---|
Şəxs | Vəzifə | |
Azərbaycan Ayaz Mütəllibov | Azərbaycan Prezidenti | |
Ermənistan Levon Ter-Petrosyan | Ermənistan Prezidenti | |
Belarus Stanislav Şuşkeviç | Belarus Respublikası Ali Sovetinin Sədri | |
Qazaxıstan Nursultan Nazarbayev | Qazaxıstan Prezidenti | |
Qırğızıstan Əsgər Akayev | Qırğızıstan Respublikasının Prezidenti | |
Moldova Mirça Snequr | Moldova Respublikasının Prezidenti | |
Rusiya Boris Yeltsin | Rusiya Federasiyası Prezidenti (RSFSR) | |
Tacikistan Raxmon Nəbiyev | Tacikistan Prezidenti | |
Türkmənistan Saparmurat Niyazov | Türkmənistan Prezidenti | |
Özbəkistan İslam Kərimov | Özbəkistan prezidenti | |
Ukrayna Leonid Kravçuk | Ukrayna Prezidenti |