From Wikipedia, the free encyclopedia
Alfred German Frid (11 noyabr 1864[1][2][…], Vyana[3] – 5 may 1921[2], Vyana, Avstriya[3]) — yəhudi əsilli avstriyalı pasifist, naşir, jurnalist və Alman sülh cəmiyyətinin qurucularından biri. 1911-ci ildə Tobias Asserlə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür.
Alfred German Frid | |
---|---|
Alfred Hermann Fried | |
Doğum tarixi | |
Doğum yeri | Vyana, Avstriya-Macarıstan |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Vyana, Avstriya |
Fəaliyyəti | publisist, esperantoçu, yazıçı, pasifist, jurnalist |
Mükafatları | 1911 Nobel sülh mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Alfred German Frid 11 noyabr 1864-cü ildə Avstriya-Macarıstanın paytaxtı olan Vyanada anadan olmuşdur. 15 yaşında olarkən məktəbdən ayrıldı və kitab dükanında işləməyə başladı. 1883-cü ildə Berlinə köçdü və burada 1887-ci ildə öz kitab dükanını açdı. 1889-cu ildə Berta fon Zutner Əllərinizi endirin! (alm. Die Waffen nieder!) kitabını dərc etdikdən sonra, Alfred German Frid onunla birlikdə 1892-ci ildə eyniadlı jurnal buraxmağa başladı. Əllərinizi endirin! jurnalı və onun davamı olan Sülh gözləntisi (alm. Die Friedenswarte) jurnallarında pasifist fəlsəfəyə toxunuldu.
Alfred German Frid 1892-ci ildə Alman sülh cəmiyyətinin qurucularından biri oldu. O, Yerdə sülhün olması üçün müasir təşkilatın olması düşüncəsinin atalarından biri hesab olunur. Alfred German Fridin düşüncələri Millətlər Liqası və İkinci dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən mənimsəndi.
Alfred German Frid Esperanto hərəkatının önəmli üzvlərindən biridir. 1903-cü ildə Beynəlxalq Esperanto dili dərs kitabını dərc etdi. 1911-ci ildə Tobias Asserlə birlikdə Nobel sülh mükafatına layiq görüldü. Birinci dünya müharibəsi illərində İsveçrədə yaşamış və 1921-ci ildə Vyanada ölmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.