![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3e/Generation_timeline.svg/langaz-640px-Generation_timeline.svg.png&w=640&q=50)
Alfa nəsli
From Wikipedia, the free encyclopedia
Alfa nəsli (ing. Generation Alpha və ya ing. Gen Alpha) — Z nəslindən sonra gələn demoqrafik koqorta. Alimlər və populyar media 2010-cu illərin əvvəllərini nəslin nümayəndələrinin doğum illəri, 2020-ci illərin əvvəlindən ortalarına qədərki dövrü isə son dövrü kimi təyin etmişdir. Yunan əlifbasının ilk hərfi olan alfanın şərəfinə adlandırılmışdır. Alfa nəsli tamamilə XXI əsrdə anadan olan ilk nəsildir. Alfa nəslinin nümayəndələrinin çoxu millennialların[1][2][3][4] və Z nəslinin daha yaşlı nümayəndələrinin[5] övladlarıdır.
Alfa nəslinin nümayəndələri dünyanın çox yerində doğuş nisbətinin aşağı düşdüyü bir vaxtda anadan olmuşdu və gənc uşaqlar olaraq COVID-19 pandemiyasının təsirlərini yaşayırlar. O uşaqlar üçün ki, əlçatandır, olanlar üçün uşaq əyləncələrində elektron texnologiya, sosial şəbəkələr və striminq xidmətləri üstünlük təşkil edir. Eyni zamanda, ənənəvi televiziyaya maraq azalır. Sinif otaqlarında və həyatın digər aspektlərində texnologiyanın istifadəsi sahəsində baş tutan dəyişikliklər bu nəslin əvvəlki nəsillərlə müqayisədə erkən öyrənmə təcrübəsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Araşdırmalar göstərir ki, allergiya, piylənmə və ekran vaxtı ilə bağlı sağlamlıq problemləri son illərdə uşaqlar arasında getdikcə daha çox yayılmışdır.