ABŞ aktyoru From Wikipedia, the free encyclopedia
Alfredo Ceyms "Al" Paçino (ing. Alfredo James "Al" Pacino; 25 aprel 1940[1][2][…], Manhetten, Nyu-York ştatı[3]) — italyan əsilli ABŞ aktyoru, rejissoru, ssenaristi və prodüseri. O, həm də teatr aktyoru kimi tanınır. "Qadın ətri" filmində oynadığı rola görə "Oskar" mükafatına layiq görülüb.
Al Paçino | |
---|---|
Doğum adı | Alfredo James Pacino |
Digər adı | Alfredo Ceyms Paçino |
Doğum tarixi | 25 aprel 1940[1][2][…] (84 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktyor, rejissor, prodüser, ssenari müəllifi |
Fəaliyyət illəri | 1967-ci ildən |
Təhsili | |
Boyu | 168 sm |
Üzvlüyü | |
Mükafatları |
"Oskar" (1992) "Toni" (1969, 1977) "BAFTA" (1975) |
IMDb | ID0000199 |
Vikianbarda əlaqəli mediafayllar |
Al Paçino 25 aprel 1940-сı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olub. Ona məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət "Xaç atası" filmində oynadığı rol gətirib. İlk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayıb. 1967—1969-cu illərdə Nyu-York polisi (N.Y.P.D) teleserialına çəkilib. Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Frensis Ford Kopollanın diqqətini özünə çəkib və 1972-ci ildə "Xaç atası" filmində Maykl Korleonenin rolunu canlandırıb. Bu roluna görə kino tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilib.
1973-cü ildə o, "Serpiko", "Müqəvva" filmlərində, sonralar isə "Xaç atası 2" (1974), "İt günündə günorta" (1975), "Bobbi Derfild" (1977), "Ədalət hamı üçündür" (1979), "Qatili axtaran" (1980), "Müəllif! Müəllif!" (1982) filmlərinə çəkilib. 1983-cü ildə Al Paçino özünün əsas işlərindən saydığı Brayn De Palmanın "Çapıqlı üz" (1983) filmində "Toni Montana" rolunu oynayıb. Səksəninci illərdə Al güclü alkoqol aludəçisinə çevrilib. Nəticədə onun kino karyerasında dörd illik boşluq yaranıb. Bu illəri o teatra həsr edib.
1989-cu ildə o yenidən filmlərə çəkilməyə başlayıb. 1992-ci ildə "Qadın ətri" filmindəki roluna görə "Oskar mükafatına" layiq görülüb.
2010-cu ildə "Sən Ceki tanımırsan" televiziya filmində Dr. Cek Kevorkian rolunu canlandırıb.
Şəxsi həyatını nümayiş etdirməyi sevməyən Al Paçino, heç vaxt evli olmayıb. Lakin buna baxmayaraq, onun övladları var. Sevimli yazıçısı Anton Çexovun şərəfinə o, övladlarından birinə Anton adı verib. Al Paçinonun nənəsi və babası Siciliyadan olan Korleone nəslinə mənsubdurlar. Uşaq vaxtı Al Paçino özünü təmin etmək üçün ofisiant, kuryer, bilet yoxlayan kimi çalışıb. Onun həyatı o qədər ağır olub ki, bəzən gələcəyin ulduzu səsdinləmə studiyasına çatmaq üçün avtobus bileti almaqdan ötrü borca pul da götürürdü. 1997-ci ilin oktyabr ayında Britaniyanın “Empire” jurnalı Al Paçinonu bütün dövrlərin 100 ən böyük kino ulduzu siyahısında dördüncü yerdə qərarlaşdırıb. Aktyorluq fəaliyyətinə başlamazdan əvvəl Al Paçino italyan restoranlarından birində aşpaz işləyib. 1961-ci ildə 21 yaşındaykən Al Paçino sükan arxasında olarkən qəfildən polis tərəfindən yaxalanır. Qara maskada və əlcəklərdə olan aktyorun avtomobilindən silah tapıldığına görə, onu həbs edirlər. Lakin sonradan məlum olur ki, Al Paçino hansəısa filmin çəkilişindən qayıdırmış. Silah isə çəkiliş meydançasından olan rekvizit imiş. Zərərli vərdişlər ailənin yeganə övladı olan Al Paçinodan da yan keçməyib. Belə ki, o, əvvəllər alkoqol asılılığından əziyyət çəkib. 1994-cü ildə isə səsi xarab olmasın deyə, siqaret çəkməkdən imtina edib. O, aktyorluq sənətinə Robert de Niro, Marlon Brando, Dastin Hofman və Merilin Monronun təhsil aldığı məktəbdə yiyələnib. Maykl Korleone rolunu əldə etməklə Al Paçino, Cek Nikolson və Uorren Bitti kimi aktyorları geridə qoyub. Kino aləminin ən yüksək məvacibli aktyorlarının ilk onluğuna daxildir. Al Paçino “Pretty Woman”, “Apocalypse Now” , “Star Wars” və digər bir neçə filmdə çəkilməkdən imtina edib. Kinodakı uğurlu karyerasından başqa, Al Paçino teatrda da uğurlar əldə edib. 1977-ci ildə o, teatr aləminin nüfuzlu mükafatı Toni ilə təltif edilib. Uşaq vaxtı peşəkar beysbolçu olmaq istəyən Al Paçino, kino aləminə qədəm basdıqdan sonra demək olar ki, bütün mükafatları əldə edib. BAFTA, “Qızıl Şir”, “Qızıl Qlobus”, “Emmi” və digərləri. 1980-ci ildə Oskara nominasiya edilsə də Dastin Hofmana uduzub. Qəribə təsadüf nəticəsində Hofman ona , Al Paçinonun bir zamanlar imtina etdiyi “Kramer Kramerə qarşı” filmindəki yaratdığı obrazı ilə qalib gəlib.
İli | Azərbaycanca adı | Rolu | Orjinal adı |
---|---|---|---|
1969 | Mən, Natali | Toni | Me, Natalie |
1971 | Nidl Parkda təşviş | Bobbi | The Panic in Needle Park |
1972 | Xaç atası | Maykl Korleone | The Godfather |
1973 | Serpiko | Frenk Serpiko | Serpico |
1973 | Müqəvva | Toni Damato | Scarecrow |
1974 | Xaç atası 2 | Maykl Korleone | The Godfather: Part II |
1975 | İt günündə günorta | Sonni Vortzik | Dog Day Afternoon |
1977 | Bobbi Derfild | Bobbi Derfild | Bobby Deerfield |
1979 | Ədalət hamı üçündür | Artur Kirklənd | ...And Justice for All |
1980 | Qatili axtaran | Stiv Borns | Cruising |
1982 | Müəllif! Müəllif! | İvan Trevelian | Author! Author! |
1983 | Çapıqlı üz | Toni Montana | Scarface |
1985 | İnqilab | Tom Dobb | Revolution |
1989 | Sevgi dənizi | Frenk Keller | Sea of Love |
1990 | Yerli kəkəli | Qrexem | The Local Stigmatic |
1990 | Dik Treysi | Big Boy Caprice | Dick Tracy |
1990 | Xaç atası 3 | Maykl Korleone | The Godfather: Part III |
1991 | Frenki və Conni | Conni | Frankie and Johnny |
1992 | Amerikalılar | Riki Roma | Glengarry Glen Ross |
1992 | Qadın ətri | Frenk Sleyd | Scent of a Woman |
1993 | Karlitonun yolu | Karlito "Çarli" Briqante | Carlito’s Way |
1995 | Dördlük | Gitano Sabatoni | Two Bits |
1995 | Ələ keçirmə | Leytenant Vinset Hanna | Heat |
1996 | Riçardın axtarışında | Riçard III | Looking for Richard |
1997 | Donni Brasko | Benjamin "Solaxay" Ruqqiero | Donnie Brasco |
1997 | İblisin vəkli | Con Milton | The Devil’s Advocate |
1999 | Yaxın adam | Lauell Berqman | The Insider |
1999 | Hər bazar günü | Toni Damato | Any Given Sunday |
2000 | Çin qəhvəsi | Qarri Levin | Chinese Coffee |
2002 | Yuxusuzluq | Uill Dormer | Insomnia |
2002 | Simona | Viktor Taranski | Simone |
2002 | Lazım adamlar | Eli Vurman | People I Know |
2003 | Giqli | Starkman | Gigli |
2003 | Amerikada mələklər | Roy Con | Angels in America |
2004 | Venesiyalı tacir | Şeylak | The Merchant of Venice |
2005 | İkilik pul | Volter Ebrams | Two for the Money |
2007 | Ouşenin on üç dostu | Uilli Benk | Ocean's Thirteen |
2007 | 88 dəqiqə | Dr. Cek Qremm | 88 Minutes |
2008 | Öldürmək hüququ | Devid "Ruster" Fisk | Righteous Kill |
2010 | Sən Ceki tanımırsan | Dr. Cek Kevorkian | You Don't Know Jack |
2011 | Təhlükəli məhəllə | detektiv Stenford | The Son of No One |
2011 | Cek və Cill | öz rolunda | Jack & Jill |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.