From Wikipedia, the free encyclopedia
Akvamarin — solğun-mavidən açıq-yaşıla qədər rənglərdə mövcud ola bilən beril növü.[1] Akvamarinin rəngi istiliklə dəyişdirilə bilər.[2]
Akvamarin | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Silikatlar, Beril |
Formul (təkrarlanan vahid) |
Be₃Al₂Si₅O₁₈ |
Xüsusiyyətləri | |
Rəng | Solğun-mavidən açıq yaşıla qədər |
Moos şkalası üzrə möhkəmliyi | 7,5-8 |
Vikianbarda əlaqəli mediafayllar |
Akuamarin Be3Al2Si6O18 kimyəvi tərkibinə malikdir[3] və həmçinin Fe2+ ehtiva edir.[4] Mineral Moos şkalası ilə 7,5 ilə 8 arasında sərtliyə malikdir.[5] Akvamarin əsasən heç bir qarışıq ehtiva etməsə də,[6] mika, hematit və ya duzlu su kimi birləşmələrdən ibarət qarışıqlara malik ola bilər.[7]
Akvamarin qiymətli daşdır.[8]
Akvamarin adı latınca "su" mənasını verən aqua və "dəniz" mənasını verən marina sözlərindən yaranmışdır.[9] "Aquamarine" sözü ilk dəfə 1677-ci ildə istifadə edilmişdir.[10]
Akvamarinin dəyəri onun çəkisi, rəngi,[11] kəsimi və parlaqlığı ilə müəyyən edilir.[12] Mineral nisbi bolluğuna görə adətən zümrüd və ya biksbit (qırmızı beril) kimi beril qrupuna daxil olan digər qiymətli daşlarla müqayisədə nisbətən daha ucuz, mavi topaz kimi oxşar rəngli qiymətli daşlardan isə daha bahalıdır.[13][14] Mavi rəngi təbii olaraq meydana gəlmiş akvamarin nümunələri tərkibindəki dəmir ionunun yaratdığı sarı tonları azaltmaq üçün süni olaraq istiliyə məruz qoyulmuş nümunələrdən daha bahadır. [14]
Akvamarin rənginə görə tarixən gənclik və xoşbəxtlik simvolu kimi istifadə edilmiş, həmçinin bu rəng ona adını da verməklə birlikdə Qərb mədəniyyətinin onu okeanla əlaqələndirməsinə səbəb olmuşdur.[15][16] Qədim Romalılar akuamarinin dənizlə səyahət edən insanları qorudğuna inanır,[17] ondan həmçinin xəstəliklərdən qorunmaq üçün istifadə edirdilər.
Çinlilər ondan möhürlər, heykəlciklər və qravürlər, yaponlar isə netsuke hazırlamaq üçün istifadə edirdilər.[18]
Akvamarin Əfqanıstan, Çin, Keniya, Pakistan, Rusiya, Mozambik, ABŞ,[19] Braziliya, Nigeriya, Madaqaskar, Zambiya, Tanzaniya, Şri Lanka,[20] Malavi, Hindistan,[21] Zimbabve, Avstraliya, Myanma və Namibiya kimi ölkələrdə tapıla bilər. [22] Braziliyanın Minas-Jerays ştatı akvamarin üçün əsas mənbədir. [23]
Akvamarin əsasən qranit peqmatitlərində tapılır.[24] O, həmçinin hidrotermal aktivliklə minerallaşmış metamorfik süxurlarda da tapıla bilər.[25]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.