Aktuari (türk. aktüerya, ing. actuary, alm. aktuar, rus. актуа́рий) — ehtimal metodları tətbiq edən ixtisasçıdır. Aktuari biznes, maliyyə və sosial sahədə mürəkkəb problemlərin həlləri, analizi və toplanması üçün riyazi metodlardan istifadə etməklə fərdi və kooperativ riskləri qiymətləndirən, əsaslanmış sığortatəqaüd sxemlərini maliyyə cəhətdən inkişaf etdirən sahədir.

Ümumi məlumat

Müasir anlamda "aktuari" ixtisasının mənbəyi ilk həyat sığortası təşkilatında elmi cəhətdən əsaslandırılmış sığorta haqlarının hesablanması tələbinin yaranması ilə əlaqədardır.

Aktuari sözü ilk dəfə Roma imperiyası zamanında işlədilib. Bu söz latıncada "actuarius" sözündən götürülüb. İlk dəfə aktuardan eramızın 220-ci ilində Roma imperiyasında istifadə edilib. İlk aktuar firması 1762-ci ildə Böyük Britaniyada yaradılıb. 1809-cu ildə Amerikada aktuari peşəsi ortaya çıxıb. Sonrakı illərdə bazarın tələbləri belə firmaların sayının sürətlə artmasına səbəb olub. Bu proses aktuari ixtisaslı təşkilatın yardılması zərurətinin başa düşülməsi ilə nəticələndi. Beləliklə, Londonda 1848-ci ildə Aktuarilər İnstitutu və 1856-cı ildə Edinburqda Aktuarilər fakültəsi yarandı.

Aktuari riyazi, iqtisadi, maliyyə, ehtimal, statistik və biznes biliklərindən müəyyən hadisələrin risklərinin proqnozlaşdırılması və risklərin qiymətini minimallaşdıran polislərin formalaşadırılması üçün istifadə edir. Bu səbəbdən aktuari sığorta və təkrar sığorta sahələri üçün zəruridir. Aktuari ölüm, xəstəlik, qəza, əlillik və ya əmlak itkisi kimi hadisələrin baş verməsi ehtimalını və mümkün dəyərini qiymətləndirmək üçün statistik informasiya toplayır və təhlil edir. Aktuari, həmçinin tələb olunan pensiya gəlirləri ilə pensiya ödənişlərinin səviyyəsini və investisiya gəlirlərini maksimallaşdırmaq üçün ehtiyatların investisiya yolları kimi məsələləri öyrənir.

Aktuarilər öz biliklər toplusundan istifadə etməklə sığorta polislərinin, pensiya planlarının və başqa maliyyə strategiyalarının dizayn və qiymət məsələlərinə bu planların etibarlı maliyyəyə əsaslanması məqsədilə kömək edir.

Aktuari sığorta tatiflərini və sığorta ehtiyatlarını hesablayır, ölüm və başqa ehtimallara əsaslanan modellər qurur. Aktuariyə öz biliklərini aşağıdakı nisbətlərlə toplaması tövsiyə olunur:

  • riyazi biliklər və risk qiymətləndirilməsi üsulları (ehtimal, statistika, aktuar və maliyyə riyaziyyatı, ekonometrika) – 50%
  • iqtisadi biliklər - 25%
  • qanunvericilik bilikləri, informasiya sistemləri, ixtisas praktikası – 25%

Bu keyfiyyətlər toplusu aktuarini maliyyə təhlükəsizliyində tək ixtisasçı kadr edir, bu da imkan verir ki, onlar müvafiq aktuarilik imtahanları keçirsinlər, hansı ki, hazırkı dövrdə çox vacibdir. Belə ki, səhv qərarların verilməsi böyük iqtisadi və nəticədə sosial fəlakətlərə gətirib çıxarda bilər.

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.