From Wikipedia, the free encyclopedia
Akiba məbədi (秋葉神社, Akiba-cinca?) və ya Akihabara məbədi – Yaponiyanın Tokio şəhərinin Tayto rayonunda yerləşən şintoist məbədi. Akihabara bölgəsinin adı bu məbədin adından yaranmışdır.[1]
1869-cu ildə Tokionun şimal-qərb ərazisində baş vermiş böyük yanğınlar İmperator Meycinin anası Eyşonu narahat etmiş və 1870-ci ildə bu məbəd tikilmişdir. Məbədin ilk adı Çinka məbədi idi. Məbəd alovun kamisi olan Akibaya həsr olunmasa, məbədin məqsədi gələcəkdə baş verə biləcək yanğınların qarşısını almaq olduğu üçün onunla əlaqələndirilmişdir.[1]
1888-ci ildə Akihabara stansiyasının tikilməsindən sonra məbəd indiki yerinə – Taytoya köçürülmüşdür. 1930-cu ildə isə məbədin adı rəsmi olaraq Akiba məbədi olaraq dəyişdirilmişdir. 1945-ci ildə İkinci dünya müharibəsi zamanı məbəd məhv olmuş, 1947-ci ildə isə bərpa olunmuşdur.[1]
2009-cu ildə buraxılmış "Steins;Gate" franşizində əsas personajlarından olan Luka Uruşibaranın yaşadığı və bəzi vacib hadisələrin baş verdiyi Yanaqibayaşi məbədinin real həyatda bu məbəddən təsirlənərək yaradıldığı iddia olunur.[2][lower-alpha 1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.