From Wikipedia, the free encyclopedia
Adi və ya qırmızı tülkü (lat. Vulpes vulpes) itlər fəsiləsindən (lat. Canidae) olan yırtıcı məməli növüdür.
Adi tülkü | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Sinifüstü: Klad: Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: Fəsilə: ???: Adi tülkü |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Adi və ya başqa adla qırmızı tülkü Avrasiyanın böyük hissəsini, Afrika və Amerikanın şimal vilayətlərini əhatə edən geniş areala malikdir. Bu nəhəng ərazidə tülkülərin fərdi və coğrafi, xüsusən rəng müxtəlifliyi o qədər böyükdür ki, zooloqlar 40-a yaxın yarımnöv ayırd edirlər.
Qafqazda o cümlədən Azərbaycanda düzən, meşə və dəniz səviyyəsindən 3000 m-dək yüksəkdə olan dağ zonalarında yaşayır. Azərbaycanda ona ən çox Kür-Araz ovalığının açıq landşaftlarında, xüsusən Muğan, Mil, Şirvan və digər rayonların becərilməyən torpaqlarında, Kiçik Qafqazın düzən, dağətəyi rayonlarında təsadüf edilir. Meşə zonalarında azsaylıdır. Kür, Araz, Alazan və Qabırrıçay çayları boyunca yerləşən tuqay və digər meşələrdə onlara çox nadir hallarda təsadüf olunur. Subalp çəmənliklərdə tülkülərin sayı meşə zonalarına nisbətən çoxdur, lakin Böyük və Kiçik Qafqazın alp çəmənliklərində isə azsaylıdırlar[3]. Ümumiyyətlə tülkülərin bu və ya digər biotopda sayı bitki örütyündə, torpağın quruluşundan, yerin relyefindən, qidanın miqdarından və digər şərtlərdən daha çox asılıdır.
İtlər fəsiləsinə aid olan növlərin ən kiçiyidir. Bədənin uzunluğu 57–73 sm, başın uzunluğu 15–21 sm, qulaqlarının uzunluğu 7.9–12 sm-dir. Çəkisi 2,8–5,3 kq, orta hesabla 3,7 kq-dır. Sıx və tüklü quyruq çox uzun olub yerə çatır və orta hesabla bədənin ümumi uzunluğunun 68,3 %-ni təşkil edir. Üz hissəsi çox uzun və iti, alnı isə ensizdir. Uzun qulaqları vardır. Coğrafi zonalarda yayılmasından və yarımnövlərindən asılı olaraq rəngi çox dəyişkəndir. Düzənliklərdə yaşayan tülklərin rəngi dağda yaşayanlardan fərqlənir. Düzənliklərdə yaşayan tülkülərin rəngi üç variasiyada olur: qırmızı, qırmızı-boz və boz. Dağda yaşayan tülkülərin rəngi isə əsasən tutqundur.
Adi tülkü tipik yırtıcı olsa da, onun qidası olduqca müxtəlifdir. Tülkünün qidasını siçanabənzər gəmiricilər (51,8) və cücülər (19,7), az miqdarda isə bitki qalıqları təşkil edir. Gəmiricilərdən adi çöl siçanı və qırmızıquyruq qum siçanı üstünlük təşkil edir. Qidasında həmçinin armud, alma, əzgil, böyürtkən və s. meyvə, giləmeyvə qalıqlarına, həmçinin bitkilərin yaşıl hissələrinə də təsadüf edilir. Yem rasionu coğrafi zonalar və mövsümlər üzrə dəyişir. Payız-qış dövründə qidanın tərkibində gəmiricilərin, quşların və leşin miqdarı artaraq, cücülərin və sürünənlərin miqdarı azalır[4].
Tülkülərdə cütləşmə yanvarın sonu – fevralın əvvvələrində baş verir. Əlverişsiz şəraitdə fevralın ikinci yarısın qədər gecikir. Çoxalma dövründə dişinin başçılıq etdiyi sürülər yaranır. Bu hadisə "tülkü toyu" adlanır. Boğazlıq müddəti 49–58 gündür. Martın sonu-aprelin əvvəllərində balalayır. Balaların sayı 1–8 arasında olub, nadir hallarda 12-yə qədər çatır. Balalar xarici görünüşcə canavar balalarına oxşayır və yalnız quyruğunun ucunun ağ olması ilə onlardan fərqlənir. Nəsil vermək və əlverişsiz şəraitdən qorunmaq üçün bir girişi və 1 kamerası olan sadə, yaxud bir neçə girişi, çıxışı və kameraları olan mürəkkəb yuva qurur. Balalar 4 aya yaxın yuvada yaşadıqdan sonra, yuvanı tərk edirlər. Bundan sonra dişi yuvanı tərk edir.
Adi tülkü qiymətli xəz-dəriyə malik olduğu, həm də gəmiricilərin və cücülərin sayını tənzimlədiyi üçün böyük təsərrüfat əhəmiyyətinə malikdir.
Hal-hazırda 40-a yaxın yarımnövü ayrıd edilir:
Azərbaycanda 3 yarımnöv yaşayır: dağlıq Zaqafqaziya – lat. Vulpes vulpes alticola Ognev, Kürdüstan – lat. Vulpes vulpes kurdistanica və Zaqafqaziya çöl – lat. Vulpes vulpes alpherakyi Satunin yarımnövləri. Birinci böyüklüyünə görə Şimali Qafqaz tülkülərindən (V.v.caucasica) geri qalır. Onların rəngi tünddən açıq noxudu-paslı-sarı rəngə qədər dəyişir. Tipik od çalarlarının olmaması səciyyəvidir. Xəzi gözəl, yüngül və yumşaqdır. Bu yarımnöv Zaqatala rayonunun dağlarında, respublikanın qərb düzənliklərində və demək olar ki, bütük Kiçik Qafqazda rast gəlinir. Dağ tülküsü ilə müqayisədə Kürdüstan tülküsü daha kiçikdir. Belinin rəngi açıq, ağımtıl və ya qara-ağ kürən çalarlıdır. Bel sütunu boyunca enli, açıq qırmızımtıl-kürən zolaq keçir. Bütün bədənində qara tüklər vardır. Ancaq onlar o qədər azdır ki, gözə çarpmır. Boğazında və boynunun altı hissəsində qıl tüklər bozumtul, belində tüklərin ucu parlaq qırmızımtıl-kürən rəngdə olub, bu rəng quyruğunun üstünə keçir. Bu yarımnöv Kiçik Qafqazda yaşayaraq xüsusən Naxçıvan və Talış sistemlərində tez-tez rast gəlinir. Zaqafqaziya çöl tülküsü düzənliklərdə yaşayaraq istər arealın uzunluğuna, istrəsə də sayına görə əvvəlki yarımnövlərdən üstündür. Onun rəngi çox vaxt bulaşıq-paslı boz və ya paslı-qonur, bel sütunu üzərində bir qədər paslı kəməri olur[5].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.