![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/f/f0/Abzas_Media_%2528logo%2529.jpg/640px-Abzas_Media_%2528logo%2529.jpg&w=640&q=50)
AbzasMedia
From Wikipedia, the free encyclopedia
AbzasMedia — Azərbaycanda fəaliyyət göstərən qeyri-kommersiya müstəqil media orqanı. 2016-cı ildə Ülvi Həsənli daxil olmaqla bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən təsis edilib.[1] Fəaliyyəti əsasən korrupsiya araşdırmaları ilə bağlıdır. Sayt hər gün daxili siyasət və insan haqları ilə bağlı beş-altı xəbər, həmçinin dövri köşə yazıları və araşdırmalar dərc edir.[2]
Cəld faktlar URL, Kommersiya ...
AbzasMedia | |
---|---|
![]() | |
URL | abzas.org |
Kommersiya | Yox |
Sahibi | Ülvi Həsənli |
Redaktor | Sevinc Vaqifqızı |
Açılma tarixi | 2016 |
Bağla
AbzasMedia martın 19-da Çexiyada "People in Need" təşkilatının "Homo Homini" insan hüquqları mükafatına layiq görülüb.[3]