![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/27/Sevinj_Vagifgizi_in_2023_%2528cropped%2529.jpg/640px-Sevinj_Vagifgizi_in_2023_%2528cropped%2529.jpg&w=640&q=50)
Sevinc Vaqifqızı
azərbaycanlı jurnalist, siyasi məhbus / From Wikipedia, the free encyclopedia
Sevinc Vaqifqızı və ya Sevinc Vaqif qızı Abbasova (5 iyul 1989, Füzuli rayonu, Azərbaycan SSR) — azərbaycanlı reportyor, jurnalist və siyasi məhbus[1]; 15 ildən çox müstəqil və tənqidçi medialarda çalışıb.[1] 2022-ci ildən "AbzasMedia" müstəqil media platformasının baş redaktorudur.[1]
Sevinc Vaqifqızı | |
---|---|
![]() Sevinc Vaqifqızı 2023-cü ildə müsahibə verən zaman | |
Doğum tarixi | 5 iyul 1989(1989-07-05) (35 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, reportyor |
Fəaliyyət illəri | 2009-cu ildən |
Tanınır | Korrupsiya araşdırmaları |
Mükafatları | "Nərgiz" mükafatı — 2023 |
![]() |
Jurnalist fəaliyyəti ərzində dəfələrlə təqiblər və təyziqlərlə, saxlanmalarla üzləşən, 5 il Azərbaycandan çıxışına qadağa qoyulan Sevinc Vaqifqızı 2023-cü il noyabrın 20-dən 21-nə ötən gecə İstanbuldan Azərbaycana qayıdan zaman aeroportda polislər tərəfindən saxlanılmış, barəsində "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılaraq həbs edilmişdir. Onun həbsi bir çox həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir.
Hal-hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır.