Abomey Kral sarayları
From Wikipedia, the free encyclopedia
Abomey Kral sarayları — Benində, əvvəllər Dahomeya krallığının paytaxtı olmuş Abomey şəhərində 40 hektar ərazi üzərində qurulmuş 12 saraydan ibarət kompleksdir.[2][3][4]
Abomey Kral sarayları | |
Ölkə | Benin |
---|---|
Tip | Mədəni |
Kriteriya | iii, iv |
Keçid | 323bis |
Region | Afrika [* 1] |
Daxil edilməsi | 1985 (9-cu sessiya) |
Təhlükədə | 1985-2007[1] |
Krallıq 1625-ci ildə, 19 əsrin sonlarına qədər Avropa qul tacirləri ilə ticarəti üstün tutan və hərbi əsirlərini satdıqları güclü bir hərbi və ticarət imperiyasına çevirmiş Fon xalqı tərəfindən qurulmuşdu.[5] Saraylarda 8000 nəfərə qədər yerləşə bilirdi.[6] Kral sarayına akuehue kimi tanınan iki mərtəbəli bina daxil idi.[7] Krallıq 1625–1900-cü illərdə hakimiyyətdə olmuş on iki padşahın rəhbərliyi altında ikən Afrikanın qərb sahillərinin ən güclülərindən birinə çevrildi.
UNESCO sarayları Afrikadakı Ümumdünya irsi obyektlərinin siyahısına daxil etmişdir. Bunun ardınca, Abomey 15 mart 1984-cü ildə kral saraylarını və muzeyləri tornado vurulduğundan ərazi Təhlükədə olan Dünya irsinin siyahısına daxil edilmişdi. Bununla birlikdə, bir sıra beynəlxalq qurumların köməyi ilə bərpa və abadlıq işləri başa çatdırıldı. Abomeydə aparılan düzəliş işləri və alınan hesabatlara əsasən, UNESCO Benindəki Abomey Kral saraylarını 2007-ci ilin iyul ayında Təhlükədə olan Dünya İrsi Siyahısından çıxarmaq qərarına gəldi.[8]