həm Yer səthi, həm də havadakı topa (cumulonimbus) buludları ilə təmasda olan və fırlanan hava sütunu, təbii fəlakət From Wikipedia, the free encyclopedia
Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Tornado haqqında ilk elmi nəzəriyyə 1917-ci ildə Alfred Vegener tərəfindən irəli sürülmüş və indiyədək doğru olaraq qəbul edilməkdədir.
Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.