![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f2/Proposed_Naval_Jack_of_the_Republic_of_Abkhazia.svg/langaz-640px-Proposed_Naval_Jack_of_the_Republic_of_Abkhazia.svg.png&w=640&q=50)
Abazinlər
Şimal-Qərbi Qafqazda yaşayan etnik qrup / From Wikipedia, the free encyclopedia
Abazin, Abazalar[5] və ya Abaziniyalı(Abazin and Abxaz: Абаза; Çərkəz: Абазэхэр; rus. Абазины; türk. Abazalar; ərəb. أباظة) — Abxaz və çərkəz xalqları ilə sıx əlaqəli olan Şimal-Qərbi Qafqazda yaşayan etnik qrup. Əsasən Türkiyə, Misir və Rusiyanın Şimali Qafqaz bölgəsindəki Qaraçay-Çərkəz Respublikasında və Stavropol diyarında yaşayırlar. Abazinlərin bir qolu olan Tapantalar Kubanın yuxarı hissəsindəki Besleney və Kabardin knyazlıqları arasında yaşayırdı.[6].
![]() | ||||||||||||
Abazin bayrağı | ||||||||||||
Özünüadlandırma | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Абаза | ||||||||||||
Ümumi sayı | ||||||||||||
~150,000 (təxmini) | ||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||
| ||||||||||||
Dili | ||||||||||||
Dini | ||||||||||||
Qohum xalqlar | ||||||||||||
Abazinlər əvvəlcə Abxaziyanın qərb hissəsindəki Sadzen bölgəsində məskunlaşmış və 14–15-ci əsrlərdə Abxaziyadan Abaziniyaya köç etmişlər. Daha sonra 18–19-cu əsrlərdə keçmiş Osmanlı İmperiyasının müxtəlif bölgələrinə köç etdilər. 18-ci əsrin sonlarından etibarən onların hakim dini sünni İslamdır (Hənəfi).
Abazin xalqı abxaz və çərkəz dillərinə çox yaxın, Şimal-qərb Qafqaz dillərindən olan abaza dilində danışır. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir.
Abazinlərin mədəniyyəti və adət-ənənələri çərkəzlərin mədəniyyətinə bənzəyir. Bir çox köhnə xəritədə Abaziniya ərazisi Çərkəzyanın (Adıgey) bir hissəsi olaraq göstərilmişdir.
2010-cu il Rusiya siyahıyaalınmasına əsasən, Rusiyada 43.341 abazin yaşayır.[3]