Ağdam
Azərbaycanda şəhər / From Wikipedia, the free encyclopedia
Ağdam — Azərbaycan Respublikasının Ağdam şəhər inzibati ərazi dairəsində şəhər.[1] Ağdam rayonunun mərkəzi.
Bu məqalə Ağdam şəhəri haqqındadır. Ağdam rayonu üçün Ağdam rayonu səhifəsinə baxın. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Şəhər | |
Ağdam | |
---|---|
39°59′ şm. e. 46°55′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam |
İcra başçısı | Vaqif Həsənov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XVIII əsr |
Mərkəzin hündürlüyü | 369 ± 0 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Etnoxronim | Ağdamlılar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 994 26 |
Nəqliyyat kodu | 02 |
Digər | |
aghdam-ih.gov.az (az.) | |
Vikianbarda əlaqəli mediafayllar |
1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi.[2] 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu.[3] 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur.[4] Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq.[5]
1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.[2] Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü.[2] Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.[2]