2020 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2020 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2020; fr. Concours Eurovision de la chanson 2020) — sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsi olmalı idi. Dankan Lourensin ifa etdiyi "Arcade" mahnısı ilə 2019 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2020-ci ildə Niderland 40 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Niderlandın Rotterdam şəhərində, Rotterdam Ahoy kompleksində "Open Up" (azərb. Açılış) şüarı altında keçirilməli idi. 1958, 1970, 1976 və 1980-ci ildən sonra bu Niderlandda keçirilən beşinci Avroviziya müsabiqəsi olmalı idi. Müsabiqəyə Şantal Cansen, Edsiliya Rombli və Can Smit aparıcılıq etməli idi.
2020 Avroviziya Mahnı Müsabiqəsi "Open Up" "azərb. Açılış" | |
---|---|
I yarımfinal | 12 may 2020 ( ləğv edildi ) |
II yarımfinal | 14 may 2020 ( ləğv edildi ) |
Final | 16 may 2020 ( ləğv edildi ) |
Aparıcı(lar) | Şantal Cansen Edsiliya Rombli Can Smit |
Direktor | Yon Ola Sand |
Kanal | AVROTROS NPO NOS |
Keçirilən yer | Rotterdam Ahoy, Rotterdam, Niderland |
Seçki sistemi | 50% telesəsvermə 50% münsif səsverməsi |
İştirakçıların sayı | 41 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Bolqarıstan Ukrayna |
İştirakdan imtina edən ölkələr | Macarıstan Monteneqro |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2019 2021 ► |
13 noyabr 2019-cu il tarixdə Avropa Yayım İttifaqı Avroviziya 2020-də 41 ölkənin iştirak edəcəyini təsdiqləmişdir.[1] 2019-cu ildə keçirdiyi milli seçim turunda baş verən qalmaqalın ardınca müsabiqədən son anda çıxmaq məcburiyyətində qalan Ukrayna və maliyyə problemləri səbəbindən müsabiqədə iştirakdan imtina edən Bolqarıstan bir illik fasilədən sonra müsabiqəyə geri dönəcək. Ötən il Avroviziyada iştirak edən Macarıstan və Monteneqro isə 2020-ci ildə müsabiqəyə qatılmayacaq. Avroviziya 2020 Yon Ola Sandın direktorluq etdiyi son müsabiqə olacaqdı. Müsabiqə COVID-19 koronavirus pandemiyası səbəbi ilə ləğv olundu.