1980 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1980 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1980; fr. Concours Eurovision de la chanson 1980) — sayca 25-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1979 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi ölkəsi İsraili təmsil edən Qali Atari və Milk & Honey qrupunun ifa etdikləri "Hallelujah" mahnısı ilə müsabiqədə qələbə qazanmalarının ardınca 1980-ci ildə İsrail müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Lakin İsrailin dövlət kanalı (IBA) iki il ard-arda Avroviziyanı təşkil etməyə kanalın maliyyə cəhətdən hazır olmadığını açıqlayaraq, ev sahibliyindən imtina etmişdir. 1980-ci ildə Avroviziyaya ev sahibliyini Niderland dördüncü dəfə öz üzərinə götürmüşdür. Müsabiqə ölkənin üçüncü ən böyük şəhəri olan Haaqada "Nederlands Congresgebouw" zalında keçirilmişdir. Müsabiqə 1980-ci ilin 19 aprel tarixində baş tutmuşdur.
1980 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 19 aprel 1980 |
Aparıcı(lar) | Marloz Fluitsma Hans van Villiqenburq |
Kanal | NOS |
Keçirilən yer | Nederlands Congresgebouw, Haaqa, Niderland |
Qalib mahnı | İrlandiya "What's Another Year" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 19 |
İlk dəfə iştirak edən ölkələr | Mərakeş |
Yenidən iştirak edən ölkələr | Türkiyə |
İştirakdan imtina edən ölkələr | İsrail Monako |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1979 1981 ► |
Avroviziya 1980-nin keçiriləcəyi tarix Avropa Yayımlar Birliyi tərəfindən elan edildiyi gün İsrail həmin müsabiqədə iştirakdan imtina etmişdir. Buna səbəb müsabiqənin keçirildiyi tarixin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi idi. Monako da maliyyə problemlərini səbəb göstərərək, müsabiqədə iştirakdan imtina etmişdir. Avropanın kiçik ölçülü ölkələrindən olan Monako müsabiqəyə 2004-cü ilədək qayıtmamışdır. 1980-ci ildə Mərakeş ilk dəfə Avroviziyaya qoşuldu və bu Afrika ölkəsinin müsabiqədə yeganə iştirakı olaraq qalmaqdadır. Eyni zamanda 1980-ci ildə Türkiyə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə İrlandiya təmsilçisi Conni Loqan ifa etdiyi "What's Another Year" adlı mahnı qalib gəlmişdir. Bu İrlandiyanın Avroviziyada ikinci qalibiyyəti idi.