![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a2/ESC_2004_Map.svg/langaz-640px-ESC_2004_Map.svg.png&w=640&q=50)
2004 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2004 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2004; fr. Concours Eurovision de la chanson 2004) — sayca 49-cu Avroviziya Mahnı Müsabiqəsidir. Sərtab Ərənərin ifa etdiyi "Everyway That I Can" adlı mahnı ilə 2003 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2004-cü ildə Türkiyə ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Türkiyənin İstanbul şəhərində Abdi İpekçi Arenasında keçirilmişdir. İştirak etmək istəyən ölkələrin çoxluğu səbəbindən bu ildən etibarən Avroviziyada yarımfinal mərhələsi təşkil olunmuşdur. Müsabiqənin yarımfinalı 2004-cü ilin 12 may, final isə 15 may tarixində baş tutmuşdur.
2004 Avroviziya Mahnı Müsabiqəsi "Under the Same Sky" "Eyni səma altında" | |
---|---|
I yarımfinal | 12 may 2004 |
Final | 15 may 2004 |
Aparıcı(lar) | Korhan Abay Məltəm Cumbul |
Direktor | Svante Stokselius |
Kanal | ![]() |
Keçirilən yer | Abdi İpekçi Arena İstanbul, Türkiyə |
Qalib mahnı | ![]() "Wild Dances" |
Seçki sistemi | Hər bir ölkə ən çox səs toplayan on iştirakçıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 36 |
İlk dəfə iştirak edən ölkələr | ![]() ![]() ![]() ![]() |
Yenidən iştirak edən ölkələr | ![]() ![]() ![]() ![]() ![]() ![]() |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2003 ![]() |
2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin təşkil olunması ilə birlikdə bir çox ölkələr müsabiqəyə qoşulmuşdur. Bu Albaniya, Andorra, Belarus və Serbiya və Monteneqronun Avroviziyada ilk iştirakları idi. Eyni zamanda Danimarka, Finlandiya, İsveçrə, Litva və Makedoniya bir illik, Monako isə iyirmi beş illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqədə ümumilikdə 36 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi.
Avroviziya 2004-ün qalibi "Wild Dances" mahnısı ilə Ukrayna təmsilçisi Ruslana seçilmişdir. Ukrayna müsabiqənin yarımfinal mərhələsində ikinci yerdə qərarlaşsa da, finalda ölkə ən çox səs toplayaraq, müsabiqənin qalibi elan edilmişdir. Bu Ukraynanın Avroviziyada ilk qalibiyyəti idi.