![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/c/cb/2013_Avroviziya_Mahn%25C4%25B1_M%25C3%25BCsabiq%25C9%2599sinin_loqosu.png/640px-2013_Avroviziya_Mahn%25C4%25B1_M%25C3%25BCsabiq%25C9%2599sinin_loqosu.png&w=640&q=50)
2013 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2013 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2013; fr. Concours Eurovision de la chanson 2013) — sayca 58-ci Avroviziya Mahnı Müsabiqəsidir. Lorinin ifa etdiyi "Euphoria" mahnısı ilə 2012 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2013-cü ildə İsveç beşinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin üçüncü böyük şəhəri olan Malmödə, Malmö Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2013-cü ilin 14 və 16 may, final isə 18 may tarixində baş tutmuşdur.
2013 Avroviziya Mahnı Müsabiqəsi "We Are One" "Biz Birik" | |
---|---|
![]() | |
I yarımfinal | 14 may 2013 |
II yarımfinal | 16 may 2013 |
Final | 18 may 2013 |
Aparıcı(lar) | Petra Mede[1] Erik Saade |
Direktor | Yon Ola Sand |
Kanal | ![]() |
Keçirilən yer | Malmö Arena, Malmö, İsveç |
Qalib mahnı | ![]() "Only Teardrops" |
Seçki sistemi | Hər bir ölkə 50% telesəsvermə və 50% münsif səslərini toplayaraq ən çox səs toplayan on iştirakçıya 12, 10, 8-1 xallar verirdi |
İştirakçıların sayı | 39 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | ![]() |
İştirakdan imtina edən ölkələr | ![]() ![]() ![]() ![]() |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2012 ![]() |
2012-ci ildə müsabiqəyə ev sahibliyi edən Azərbaycanla siyasi problemlər səbəbindən müsabiqədə iştirak etməyən Ermənistan bir illik fasilədən sonra 2013-cü ildə Avroviziyaya geri dönmüşdür. Bosniya və Herseqovina, Portuqaliya və Slovakiya isə maliyyə problemlərini səbəb göstərərək, Malmödə keçirilən müsabiqədə iştirakdan imtina etmişdirlər. Eyni zamanda Türkiyənin dövlət kanalı TRT müsabiqənin müəyyən qaydalarına narazaçılığını bildirərək, müsabiqədə iştirakdan imtina etmişdir. Ümumilikdə 39 ölkənin iştirak etdiyi Avroviziya 2013-də Danimarka təmsilçisi Emmili de Forest ifa etdiyi "Only Teardrops" adlı mahnı ilə 281 xal toplayaraq qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 2000-ci ildə Olsen Brothers-in təmsilində qalibiyyət əldə etmiş Danimarkanın müsabiqədə ümumilikdə üçüncü qələbəsi idi.