![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2c/ESC_1987_Map.svg/langaz-640px-ESC_1987_Map.svg.png&w=640&q=50)
1987 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1987 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1987; fr. Concours Eurovision de la chanson 1987) — sayca 32-ci Avroviziya Mahnı Müsabiqəsidir. 13 yaşlı Sandra Kimin ifa etdiyi "J'aime la vie" mahnısı ilə 1986 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1987-ci ildə Belçika ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Brüssel şəhərində "Palais du Centenaire" sarayında keçirilmişdir. Müsabiqə 1987-ci ilin 9 may tarixində baş tutmuşdur.
1987 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 9 may 1987 |
Aparıcı(lar) | Viktor Lazlo |
Kanal | ![]() |
Keçirilən yer | Palais du Centenaire, Brüssel, Belçika |
Qalib mahnı | ![]() "Hold Me Now" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 22 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | ![]() ![]() |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1986 ![]() |
1987-ci ildə İtaliya və Yunanıstan bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdürlər. Müsabiqədə ümumilikdə 22 ölkə iştirak etmişdir və bu 32 illik müsabiqə tarixində ən yüksək göstərici idi. Avroviziya 1987-də İrlandiyanı müsabiqədə ikinci dəfə təmsil etmək hüququ qazanan Conni Loqan ifa etdiyi "Hold Me Now" adlı mahnısı qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 1980-ci ildə yenə də Conni Loqanın təmsilində qalibiyyət əldə etmiş İrlandiyanın müsabiqədə üçüncü qələbəsi idi.