From Wikipedia, the free encyclopedia
Əfqanıstanizm – yerli məsələləri iqnor etməklə dünyanın digər və uzaq hissələrində olan problemlər üzərində diqqəti cəmləmək deməkdir.[1][2] Digər kontekstlərdə isə termin "ümidsiz gizli və lazımsız təqaüd",[3] "ekzotika ilə doğlu cazibə, uzaq torpaqlar",[4] və ya "Gözə görünməz və sənin mövcudluğundan heç xəbəri belə olmayan rəqibin üzərinə yumruq silkələmək və qışqırmaq, hansı ki sənin qəzəbindən xeyli kiçikdir."[5] mənalarında işlənir.
Konsepsiyanın bir neçə tətbiqi var.[6] Bir tərəfdən o Şimali Amerika jurnalistikasında uzaq yerlərdə baş vermiş və yerli oxuculara maraqlı olmayan hadisələrlə bağlı qəzet məqalələrinə aid edilib. Digər tərəfdən isə bəzi yazarlar deyir ki, "Əfqanıstanizm" – bir çox redaktorların çətin lokal xəbərlərdən yayınaraq uzaq yerlərdə baş vermiş hadisələr barəsində fikir yazması tendensiyası idi.[7]
Nyu York Taymz (ing. New York Times) yazarı Ceyms Reston jurnalistlər haqqında demişdir ki, "Vaşinqtondakı rəsmilər kimi biz də Əfqanıstanizmdən əziyyət çəkirik. Əgər uzaqdadırsa, xəbərdirsə, lakin bizə daha yaxındırsa, bu sosiologiyadır."[8]
İcmalçı Cou Kleyn Taym (ing. Time) jurnalında 2010-cu ildə yazırdı ki, bu termin XIX əsrdə, "Britaniya mətbuatı Əfqanıstanizm terminini daxili prioritetləri nəzərə almadan xarici müharibələrə hədsiz çox pul xərclənməsi kimi adlandırdığı zaman yaranıb" və əlavə edir ki, "Əfqanıstanizm ABŞ-da milli debata çevrilməyə başlayıb: Əfqanıstanda yolların və polis məntəqələrinin tikilməsi eyni şeyləri özümüzdə etməkdən daha əhəmiyyətlidirmi?"[9]
Daha əvvəl, pedaqoq Robert Hutçinz bu ifadəni Kaliforniya Texnologiya İnstitutunda 1955-ci ildə çıxışında işlədib:
Əfqanıstanizm, bildiyiniz kimi, yaxınlıqda həll olunmalı məsələ vacib olduğu halda, uzaq ölkə, yer, şəxs və ya problemə diqqəti yönəltmək təcrübəsidir. Siz professordan burada soruşursunuz ki, "Bəs tüstü hardandır?" və o cavab verir ki, "Siz Əfqanıstandakı böhran barədə eşitmisiniz?"[10]
1973-cü ildə konsepsiya envayronmentalizmə də uyğunlaşdırıldı, jurnalist tədqiqatçılar Stiven Hungerford və Ceyms Lemert bunu "yerli problemlər olduğu halda uzaq cəmiyyətlərdəki ətraf mühitlə bağlı problemlərlə məşğul olmaq" adlandırdılar.[11] Bu müşahidə 2004-cü ildə B.A. Talebin fikri ilə əks-səda saldı: o, bunu "ətraf mühitlə bağlı problemlərin yerini öz cəmiyyətində mövcudluğunu iqnor edərək onların yerini uzaqlara dəyişmək" adlandırdı[12]
Dünya Ticarət Mərkəzinə 11 sentyabr terror aktlarıından sonra konsepsiya yeniləndi, bəzi yazarlar qeyd etdi ki, o artıq müasir hadisələrə tətbiq edilmir.[13][14] Məsələn, Stuart Luri, Missuri Universiteti Jurnalistika Məktəbinin Müstəqil-Mətbuat Tətdqiqatlarının sədri 1 dekabr 2001-ci ildə yazır:
Xəbər biznesinin başlıca missiyası uzaqdan gələn problem barədə ictimaiyyətə və həmin problemlə əlaqəli şəxslərə xəbərdarlıq siqnalı rolunu oynamaqdır. O inandırıcı yolla işləməlidir, bu da o deməkdir ki, xəbər təşkilatları jurnalistləri hazırlamalı və maarifləndirməlidir ki, onlar dünyanın müxtəlif hissələri ilə savadlı şəkildə işləyə bilsinlər.[15]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.