From Wikipedia, the free encyclopedia
Şumer mifologiyası — Şumer xalqının tarixi kökləri, ilkin dünyagörüşü, ibtidai məişət tərzi, qədim adət-ənənələri, mənəvi həyatının başlanğıcını tərənnüm edir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Qədim sivilizasiya. eyni zamanda, Şumer-akkad mədəniyyətini də əhatə edir. Bu mədəniyyət b.е.ə. IV minillikdə Dəclə və Fərat çaylarının arasında yerləşən Mesopotamiya (yunanca, "iki çayarası" deməkdir) adlanan ərazidə yaranmışdır. Bu ərazidə b.е.ə. III minillikdə şimal hissədə akkadlar, cənubda isə şumerlər öz dövlətlərini yaratmağa başlamışlar. Lakin bir müddətdən sonra bu səltənət əmmarilər tərəfindən dağıdılaraq, onun yerində yeni dövlət yara-dıldı və Babilistan bu dövlətin paytaxtı elan edildi. Beləliklə, şumerləri, akkadları, əmmariləri, elariləri və bu ərazidə yaşayan digər xalqları birləşdirən qədim Babilistan səltənəti yarandı. Hammurapinin hökmranlığı dövründə (е.ə. 1792–1750) bu dövlət özünün ən yüksək inkişaf zirvəsinə çatmışdı. Bu dövlətin ikinci çiçəklənmə dövrü Aassurinin hakimiyyətə gəldiyi dövrə (е.ə. 612–538) təsadüf edir. Bu dövlət sivilizasiya tarixdə yeni Babilistan adlanır. Bizim dövrümüzədək gəlib çatan gil lövhələr sübut edir ki, Qədim Babilistanda elm daha çox inkişaf etmişdi. Şumerlər cəbr və həndəsənin əsasını qoymuşlar, sonralar isə "Pifaqor teoremi" bunun əsasında yaradılmışdır. İlk dəfə olaraq şumerlər onluq və altı onluq say sistemini yaratmışlar. Bu günədək, bütün bəşəriyyət, ondan istifadə edir: 1 saat = 60 dəqiqə, 1 dəqiqə = 60 saniyə.
Digər tərəfdən səma cisimlərini öyrənmək cəhdi, Babilistanda astrono-miyanın yaranmasına və inkişafına səbəb oldu. Bəşəri fikir tarixində dünyada birinci olaraq ulduzlu səmanın ilk xəritəsini tərtib edən Babilistan astronomu Seleveka (b.е.ə. II əsr) dünyanın heliosentrik sistemi haqqında məlumat vermişdir. Burada təbiət və göy cisimləri üzərində aparılan daimi müşahidələr bir sıra təqvimlərin yaranmasına səbəb olmuşdur. Belə təqvimlərdən biri olan Qəməri təqviminə görə, bir ay 29 və ya 30 günə, il 12 aya və 354 günə bərabərdir. Yaxud başqa Günəş təqviminə (Şəms) görə 1 il 365, 24 sutkaya bərabərdir. Bunlarla yanaşı, təbabət sahəsində Qədim Babilistanda yetişən peşəkar həkimlər, bir sıra xəstəlikləri müalicə etməklə, onların əlamətlərini də, müəyyən etmişlər. Şumerlərin bir neçə müalicə reseptləri dövrümüzədək gəlib çatmışdır. Bunlarla bərabər, şumer və akkad dillərində humanitar elmlərin (tarix, coğrafiya, hüquq və s.) inkişafına dair çoxlu məlumatlar var.
Elmlərin yaranması və inkişafı nəticəsində ətraf aləmə dini-mifoloji baxış məntiqi olaraq fəlsəfi baxışla əvəz olunmuşdur. Dünya mədəniyyətinə həddən ziyadə elmi biliklər bəxş edən qoca Şərq ətraf aləmin dərkində, dünyanın fəlsəfi izahında xüsusi yer tutur. Şumer dastan və hekayələrində cəmiyyət, siyasət, əxlaq normaları və s. haqqında dəyərli fəlsəfi fikirlərə rast gəlmək olur. Qədim Babilistanda fəlsəfi məktəb və cərəyanlar olmasa da, dünyanın dini-mifoloji və təbii-elmi mənzərəsini tam fərqləndirə bilməyən dünyagörüşü, fəlsəfi düşüncə tərzi mövcud olmuşdur. Bu cəhətdən "Ağanın qul ilə söhbəti", "Bilqamış haqqında dastan" və s. abidələri nəzərə almaq kifayətdir.
"Ağanın qul ilə söhbəti" adlı hekayədə əsas söhbət insan həyatının mənası ətrafında gedir: burada hökmdarın qəzəbinə düçar olmuş qul sahibi öz qulu ilə, həyatın mənasızlığı haqqında söhbət edir: həyatda hər şey – hökmdarın səxavətinə ümiddə, kef məclisində, qadına məhəbbət də, alicənablıq da və nəhayət, ölümdən sonra həyatın özü də, boş, mənasız bir şey olduğu qeyd olunur.
Qədim Şərqin nadir incilərindən sayılan və dünya ədəbiyyatının qızıl fonduna daxil olan "Bilqamıs haqqında dastan" və yaxud hər şeyi bilən adamın dastanı Yaxın Şərqin dörd dilində: şumer, akkad, hurrit və het dilində 3500 il bundan əvvəl gil lövhələr üzərində yazılmış və dövrümüzə qədər gəlib çatmışdır. Dastanın qəhrəmanı Bilqamıs tarixi şəxsiyyət olmaqla, b.е.ə. 27-ci əsrin sonu, 26-cı əsrin əvvəllərində Şumerdə Uruk dövlətinə başçılıq edən sü-lalənin beşinci hökmdarı olmuşdur. Dastanda söhbət əsasən allahlarla mübarizədən və ölməzlikdən gedir. Bilqamısdan qorxan allahlar onu məhv etmək üçün gücdə ona bərabər olan Enkidunu yaradıb ona qarşı çıxmağa məcbur edirlər. Enkidu təbiətdə vəhşi heyvanlar arasında yaşadığı üçün bütün heyvanların dilini bilirdi. Allahların məqsəd və niyyətini başa düşən Bilqamıs sarayının ən gözəl qadınlarından birini Enkidunun yanına göndərir, qadın onu yoldan çıxarır, o, təbiətlə əlaqəni kəsir və bütün heyvanlar ondan üz döndərir. Bu zaman Bilqamıs onunla vuruşur, ona qalib gəlir, lakin onu öldürmür. Onların bu mübarizəsi demək olar ki, dostluqla başa çatır. Bu hadisədən qəzəblənən allahlar plan qurub Enkidunu öldürürlər. Dostunun ölümünü görən Bilqamıs ilk dəfə olaraq özünün də əvvəl-axır ölümə düçar olacağını dərk edir və ölməzlik, əbədi həyat sorağında, vaxtilə Allahlardan ölməzlik alan Utnapiştinin yanına gəlir. Utnapişti ona izah edir ki, əbədi həyat mümkün deyil. Nəhayət, uzun söhbətlərdən sonra Utnapişti Bilqamısa dənizin dibindəki "ölməzlik otu"nun yerini deyir. Bilqamıs böyük çətinliklə bu otu əldə edir və öz ölkəsinə qayıdır. Yorğunluqdan yolda kiçik bir gölün kənarında yatır, bu za-man ilan ondan otu oğurlayıb yeyir, o saat əbədi həyat qazanır.
Bütün bunlardan sonra Bilqamısa aydın olur ki, əbədi həyat mümkün deyil, insan ölməzliyə yalnız öz fəaliyyəti, yaxşı əməlləri ilə nail ola bilər. Ümumiyyətlə, dastanda həyat və ölüm mövzusuna fəlsəfi baxış əsas yer tutur. İnsan özünün ölümə məhkumluğunu, allahların və dünyanın əbədiliyini dərk edir.
Şumerlərə görə, yer yastı disk, göy isə boş məkan olub aşağıdan və yuxarıdan möhkəm səthə söykənmişdir. Onlar bu səthin hansı materialdan hazırlandığını bilmirdilər. Yerlə göy arasında üçüncü element– "lil"– "külək– hava, ruh" yerləşirdi. Bu, bizim anlayışla atmosferə uyğun gəlirdi. Günəş, Ay, planetlər və ulduzlar atmosferin yarandığı şeydən yaranmışdır və fərqi ondadır ki, işıq sala bilirlər. "Göy– Yer" aşağıdan, yuxarıdan, hər iki tərəfdən intəhasız okeanlarla əhatə olunmuşdur.
Bu əsas təsəvvürlərlə Şumer mütəfəkkirləri özlərinin kosmoqoniyasını qururdular. Onların fikrincə, birici okean olmuşdur. Okean "birinci hərəkətverici" olmuşdur. Lakin onlar okeanın zamanda və məkanda mövcudluğunu fikirləşmirdilər. Sonra atmosfer yaranır, atmosferdən isə işıq verən cisimlər– günəş, ay, planet və ulduzlar yaranır. Göyün yerdən ayrılmasından sonra bitkilər, heyvanlar və nəhayət, insan meydana gəlmişdir. Kainatı kim yaratmışdır və onu gündən– günə, ildən– ilə hərəkət etməyə kim məcbur edir? Şumer teoloqları allah-lar pateonunda hər bir allahın öz işi– gücü və funksiyası olduğuna inanırdılar. Kainatı da onlar birlikdə hərəkətə gətirirdilər. Şumer filosoflarına görə allahlar öz niyyətlərini sözlə ifadə edən kimi həmin iş baş verirdi. Yəni onlar sözün yaradıcı qüdrətinə inanırdılar. Təsadüfi allah sözünün həllediciliyi Şərqdə qəbul edilmiş, sonrakı dinlərdə əsas yeri tutmuşdur (bax: İslamda və Xristianlıqda allah kəlamının qüdrəti haqqında fikirlər). Şumerlilərin fikrincə, insanın taleyinə öz həyatını yaşamaq və ölmək düşür. Tanrıların taleyi isə müxtəlifdir.
"Bilqamıs" dastanı öz məzmununa görə də Azərbaycan folkloru, xüsusilə nağıl və dastanları ilə kök yaxınlığına malikdir. Bir çox xalq nağıllarımızda və əfsanələrimizdə rast gəlinən yeraltı dünyaya, gedər gəlməz, dünyanın o başına getmək kimi süjetlər, xüsusilə dirilik suyu, həyat ağacı, əbədi həyat tapılması kimi motivlər bu dastanda da vardır. Xızır peyğəmbər haqqındakı əfsanə "Bilqamıs" dastanı ilə çox yaxındır. Bu, təsadüfi hal deyildir. Ümumiyyətlə, qoca dünyanın ən qədim dastanlarından biri olan "Bilqamıs" dastanının qəhrəmanı Bilqamıs böyük şəhər saldırır, igidliyi və qəhrəmanlığı ilə şöhrət qazanır. Son onilliklərdə çap olunan bir sıra mətnlər Bilqamısın tarixi şəxsiyyət olduğuna şübhə yeri qoymur. Bilqamıs eramızdan əvvəl 27-ci əsrin sonu və 26-cı əsrin əvvəllərində Şumerdə Uruk şəhərində hakimlik edən sülalənin 5-ci hökmdarı olmuşdur. Görünür, Bilqamısın ölümündən az keçməmiş onu ilahiləşdirmişlər. Sonrakı mətnlərdə artıq onun adı ilahilik rəmzi kimi çəkilir. Uruk III sülaləsinin "şahlar siyahısında" Bilqamısın artıq mifik şəxsiyyət kimi adı çəkilir. Mifik şəxsiyyət Bilqamısın hakimlik illəri 126 ildir. Onun atası iblisdir. Epik mətnlərdə isə o, Uruk hakimi Luqalbandanın və günəş allahı Utunun nəslindən olan ilahə Ninsunun oğludur. B.e.ə. ikinci minillikdən başlayaraq Bilqamıs axirət dünyasının hakimi, insanların iblislərdən müdafiəçisi kimi tanınmağa başlanmışdır. Eyni zamanda şəhər quruculuğunun banisi kimi tanınır. Dastanda onun şöhrəti göylərə qaldırılır.
O, insandır, yarıdan çoxu tanrıdır ancaq Heç kəs ona tay olmaz– ona görkəminə bax, Urukun divarını odur ucaldan belə Çılğınlıqda, qüvvədə oxşar qızmış kələ Döyüşdə silahının yox tayı– bərabəri, Təbil səslənən kimi oynayır igidləriSıçrayır yatağından Urukun ərənləri "Ataların yurdunda oğul qoymaz Bilqamıs Özü öz başına o gecə– gündüz açır iş. O hasarlı Urukun kahinimi Bilqamıs?
Uruk oğullarının kahini tək birdi o, Əzəmətli, şöhrətli hər şeyə qadirdi o".
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.