Şopron
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Şopron (mac. Šopron) — Macarıstanda şəhər. Avstriyanın sərhədində, Noyzidler gölünün yaxınlığında yerləşir.
Şopron | |
---|---|
Sopron Ödenburg | |
47°41′ şm. e. 16°35′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +36 99 |
Poçt indeksi | 9400 |
Digər | |
sopron.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi bir dövrdə Osmanlı türkləri 1529-cu ildə şəhərə hücum elədilər, lakin işğal etmədilər. İşğal olunmuş ərazilərdə məskunlaşan insanların əksəriyyəti Şoprona qaçdı və beləcə şəhərin əhəmiyyəti artdı.
1676-cı ildə Şopron şəhəri böyük bir yanğın nəticəsində tamamilə xaraba qaldı. Bu gün şəhərdə Barokko memarlığı üslubunda binalar çoxluq təşkil edir.
Şopron şəhəri İkinci Dünya müharibəsi zamanı bir sıra hücumlara məruz qaldı. Nazi Almaniyası və onların Macarıstandakı müttəfiqləri şəhərdəki bütün yəhudi vətəndaşlarını və bəzi solçu işçiləri ölüm düşərgələrinə göndərərək öldürürdülər və şəhəri davamlı olaraq bombalayırdılar. Sovet İttifaqının Qırmızı Ordusu 1945-ci ilin 1 aprel tarixində şəhəri ələ keçirmişdir.
Bu gün Şopron şəhərinin iqtisadiyyatı Avropa Birliyindən faydalanır. Şəhər qonşusu olan Avstriya ilə bütün ticarət əlaqələrini bərpa etmişdir. Bundan əlavə, Soyuq müharibə zamanı şəhərdə almanca danışmaq qadağan edilsə də, müharibə bitəndən sonra bu adət-ənənə yenidən bərpa edilmişdir. Bunun nəticəsində, şəhərdəki Avstriya sərhədinə yaxın yerləşən küçələrin adları və yol nişanları həm alman, həm də macar dilində yazılır.
Avstriyanın sərhədində yerləşən Şopron şəhərinə İngiltərə, Hollandiya, Yaponiya, Skandinaviya və Bratislava ilə yanaşı Amerika Birləşmiş Ştatlarından da xeyli sayda turist gəlir. Bundan əlavə, turistlərin Şoprona gəlməsinin bir səbəbi də ucuz qiymətli stomatoloji xidmətlərdən faydalana bilməkdir. Şopronda 300-dən çox stomatoloji klinika vardır və buna görə də şəhər "Dünyanın Stomatologiya paytaxtı" kimi də tanınır.[3][4]
MFC Sopron Şopron şəhərinin futbol komandası olmuşdur. Komandanın hazırkı sələfi Soproni VSE klubudur.
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.