From Wikipedia, the free encyclopedia
İsrail Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1973-cü ildə qoşulmuş və ümumilikdə 41 dəfə müsabiqədə iştirak etmişdir. İsrailin IBA telekanalı müsabiqəyə Avropa Yayım İttifaqının üzvü olaraq qatılmışdır. İndiyədək İsrail dörd dəfə müsabiqədə qələbə qazanmışdır.
1978 Avroviziya Mahnı Müsabiqəsində İzhar Kohen və The Alphabeta qrupu "A-Ba-Ni-Bi" mahnısı ilə İsrailə ilk birinciliyi gətirmişdir. 1979-cu ildə İsrailin paytaxtı Qüdsdə keçirilən müsabiqədə Qali Atari və Milk & Honey qrupu ifa etdikləri "Hallelujah" mahnısı ilə İsrailə Avroviziyada ikinci qalibiyyəti yaşatmışdırlar. Növbəti ildə müsabiqəyə iki il ard-arda ev sahibliyi etməkdən imtina edən İsrail eyni zamanda müsabiqənin keçirildiyi günün İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi səbəbindən ümumiyyətlə həmin müsabiqədə iştirakdan imtina etmişdir. İsrail üçüncü dəfə 1998-ci ildə Dana Internationalın ifa etdiyi "Diva" mahnısı ilə müsabiqədə qalib gəlmişdir. Ümumilikdə dördüncü 21-ci əsr üçün isə ilk qələbəsini İsrail 2018-ci ildə Netta Barzilayın ifa etdiyi "Toy" mahnısı ilə qazanmışdır.
1978 Cənubi Livan münaqişəsindən bir ay sonra Parisdə keçirilən 1978 Avroviziya Mahnı Müsabiqəsini canlı yayımlayan İordaniya telekanalı İsrail təmsilçiləri səhnə aldığı zaman reklam fasiləsinə ayrılmışdır. Müsabiqənin sonunda səsvermənin gedişatı zamanı İsrail təmsilçisinin liderliyi ələ aldığı anda İordaniya telekanalı ümumiyyətlə müsabiqənin yayımını dayandırmışdır. Hadisənin ardınca İordaniya qəzetlərində müsabiqənin qalibi olaraq əslində ikinci yeri tutan Belçika göstərilmişdir.[1] Növbəti illərdə isə İordaniyada Avroviziya bir daha yayımlanmamışdır
2005-ci ildə Kiyevdə keçirilən müsabiqədə Livan telekanalı ilk dəfə Avroviziyaya qoşulmaq istəmişdir. Hətta müsabiqə üçün təmsilçi və mahnı seçilsə də, ölkənin Avroviziya 2005-də iştirakı baş tutmamışdır. Buna səbəb Livan telekanalının Avropa Yayım İttifaqı ilə İsrailin ifasının Livanda yayımlanmaması ilə bağlı razılığa gələ bilməməsi idi. İsrailin iştirakını yayımlamaqdan imtina edən Livan daha sonra müsabiqədə iştirak etməyəcəyini açıqlamışdır. Lakin müsabiqədə iştirakını təsdiqləyib, daha sonra iştirakdan imtina etdiyinə görə Livan telekanalı Avropa Yayım İttifaqı tərəfindən cərimələnmişdir.[2]
Ölkənin Avroviziya 2019-a ev sahibliyi etməsi və gözlənildiyi kimi müsabiqənin paytaxt Qüdsdə keçirilməsi ilə əlaqədar olaraq bəzi ölkə təşkilatları narazılıqlarını bildirmiş və İsrail əleyhinə olan BDS (Boykot, Ayırma və Sanksiyalar) hərəkatına dəstək çıxaraq, ölkələri müsabiqəni boykot etməyə çağırmışdırlar. Ev sahibi şəhər kimi Tel-Əvivin seçilməsinə baxmayaraq, müsabiqə boyunca müxtəlif Avropa ölkələrinin müsabiqə üçün təşkil etdiyi seçim turlarında İsrail əleyhinə şüarlar səsləndirilmişdir.[3][4]
1973 | İvritcə | İlanit | "Ey Sham" (אי שם) | 4 | 97 | ||
1974 | İvritcə | Kaveret | "Natati La Khayay" (נתתי לה חיי) | 7 | 11 | ||
1975 | İvritcə | Şlomo Artzi | "At Va'Ani" (את ואני) | 11 | 40 | ||
1976 | İvritcə | Shokolad, Menta, Mastik | "Emor Shalom" (אמור שלום) | 6 | 77 | ||
1977 | İvritcə | İlanit | "Ahava Hi Shir Lishnayim" (אהבה היא שיר לשניים) |
11 | 49 | ||
1978 | İvritcə | İzhar Kohen və The Alphabeta | "A-Ba-Ni-Bi" (א-ב-ני-בי) | 1 | 157 | ||
1979 | İvritcə | Qali Atari və Milk & Honey | "Hallelujah" (הללויה) | 1 | 125 | ||
1981 | İvritcə | Hakol Over Habibi | "Halayla" (הלילה) | 7 | 56 | ||
1982 | İvritcə | Avi Toledano | "Hora" (הורה) | 2 | 100 | ||
1983 | İvritcə | Ofra Haza | "Khay" (חי) | 2 | 136 | ||
1985 | İvritcə | İzhar Kohen | "Olé, Olé" (עולה, עולה) | 5 | 93 | ||
1986 | İvritcə | Moti Qiladi və Sarai Tzuriel | "Yavo Yom" (יבוא יום) | 19 | 7 | ||
1987 | İvritcə | Datner və Kuşnir | "Shir Habatlanim" (שיר הבטלנים) | 8 | 73 | ||
1988 | İvritcə | Yardena Arazi | "Ben Adam" (בן אדם) | 7 | 85 | ||
1989 | İvritcə | Qili və Qalit | "Derekh Hamelekh" (דרך המלך) | 12 | 50 | ||
1990 | İvritcə | Rita | "Shara Barkhovot" (שרה ברחובות) | 18 | 16 | ||
1991 | İvritcə | Duo Datz | "Kan" (כאן) | 3 | 139 | ||
1992 | İvritcə | Dafna Dekel | "Ze Rak Sport" (זה רק ספורט) | 6 | 85 | ||
1993 | İvritcə, İngiliscə | Sarahle Şaron və The Shiru Group | "Shiru" (שירו) | 24 | 4 | ||
1995 | İvritcə | Liora | "Amen" (אמן) | 8 | 81 | ||
1998 | İvritcə | Dana International | "Diva" (דיווה) | 1 | 172 | ||
1999 | İvritcə, İngiliscə | Eden | "Yom Huledet (Happy Birthday)" (יום הולדת) | 5 | 93 | ||
2000 | İvritcə | PingPong | "Sameyakh" (שמייח) | 22 | 7 | ||
2001 | İvritcə | Tal Sondak | "En Davar" (אין דבר) | 16 | 25 | ||
2002 | İvritcə, İngiliscə | Sarit Hadad | "Nadlik Beyakhad Ner (Light A Candle)" (נדליק ביחד נר) |
12 | 37 | ||
2003 | İvritcə, İngiliscə | Lior Narkis | "Milim La'Ahava" (מילים לאהבה) | 19 | 17 | ||
2004 | İvritcə, İngiliscə | David Dyor | "Leha'amin" (להאמין) | 11 | 57 | ||
2005 | İngiliscə, İvritcə | Şiri Maimon | "Hasheket Shenish'ar" (השקט שנשאר) | 4 | 154 | 7 | 158 |
2006 | İngiliscə, İvritcə | Eddi Batler | "Together We Are One" | 23 | 4 | ||
2007 | İngiliscə, Fransızca, İvritcə | Teapacks | "Push the Button" | 24 | 17 | ||
2008 | İvritcə, İngiliscə | Boaz | "The Fire In Your Eyes" | 9 | 124 | 5 | 104 |
2009 | İngiliscə, İvritcə, Ərəbcə | Noa və Mira Avad | "There Must Be Another Way" | 16 | 53 | 7 | 75 |
2010 | İvritcə | Harel Skaat | "Milim" (מילים) | 14 | 71 | 8 | 71 |
2011 | İvritcə, İngiliscə | Dana International | "Ding Dong" (דינג דונג) | 15 | 38 | ||
2012 | İngiliscə, İvritcə | İzabo | "Time" (זמן) | 13 | 33 | ||
2013 | İvritcə | Moran Mazor | "Rak Bishvilo" (רק בשבילו) | 14 | 40 | ||
2014 | İngiliscə, İvritcə | Mey Feynqold | "Same Heart" | 14 | 19 | ||
2015 | İngiliscə | Nadav Qedj | "Golden Boy" | 9 | 97 | 3 | 151 |
2016 | İngiliscə | Hovi Star | "Made of Stars" | 14 | 135 | 7 | 147 |
2017 | İngiliscə | İmri Ziv | "I Feel Alive" | 23 | 39 | 3 | 207 |
2018 | İngiliscə, İvritcə | Netta Barzilay | "Toy" | 1 | 529 | 1 | 283 |
2019 | İngiliscə | Kobi Marimi | "Home" | 23 | 35 |
İsrailin ən çox xal verdiyi ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | İsveç | 171 |
2 | Fransa | 159 |
3 | Böyük Britaniya | 155 |
4 | Rusiya | 134 |
5 | İspaniya | 125 |
İsrailin ən çox xal aldığı ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | Fransa | 205 |
2 | Finlandiya | 160 |
3 | İsveçrə | 145 |
4 | Almaniya | 141 |
5 | Niderland | 138 |
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.