From Wikipedia, the free encyclopedia
İshaq Rabin (1 mart 1922[1][2][…], Qüds, Britaniya Fələstini[1] – 4 noyabr 1995[2][3][…], Tel-Əviv[4]) — İki dəfə İsrailin baş naziri (1974–1977 və 1992–1995), İsrailin müdafiə naziri (1984–1990).
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İshaq Rabin | |
---|---|
ivr. יצחק רבין | |
| |
İsrailin Baş naziri | |
3 iyun 1974 – 20 iyun 1977 | |
Prezident | Efraim Kasir |
Əvvəlki | Qolda Meyer |
Sonrakı | Şimon Peres |
İsrailin Baş naziri | |
13 iyul 1992 – 4 noyabr 1995 | |
Əvvəlki | İshaq Şamir |
Sonrakı | Şimon Peres |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 mart 1922[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 noyabr 1995[2][3][…] (73 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri |
|
Partiya | |
Fəaliyyəti | diplomat, zabit, siyasətçi |
Dini | İudaizm |
Hərbi xidmət | |
Qoşun növü | Haqana |
Döyüşlər | |
Rütbəsi | Rav Aluf[d] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
İshaq Rabin 1922-ci il martın 1-də o zamanlar Fələstinin tərkibində olan Yerusəlimdə anadan olub. Onun ailəsi bir ildən sonra Təl-Əvivə köçmüşlər. Valideynləri qatı sionist və yəhudi dövlətinin yaradılmasını hədəfləyən kampaniyalarda fəal şəkildə iştirak etmişdirlər.[5]
Rabinin komandanlığı ilə İsrail 1967-ci il iyunun əvvəlində Altı günlük müharibədə Misirə, Suriyaya, İordaniyaya sarsıdıcı zərbələr vurur. Rabin bir ildən sonra hərbi karyeradan imtina edib beş il Birləşmiş Ştatlarda İsrailin səfiri olur.[5]
İshaq Rabin 1994-cü ildə Yasir Ərəfat və Şimon Pereslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür.[6]
İshaq Rabinin qatili Eqal Amir dəfələrlə ona qarşı sui-qəsd etmək istəsədə son anda fikrindən daşınmışdır.[5]
1995-ci il noyabrın 4-də Rabin Təl-Əvivdə Çar meydanında kütlə qarşısında çıxış edir. Rabinin nitqini eşitmək və ona dəstək verməkdən ötrü yüz min adam meydana yığışmışdı. Rabin nitqini sülh barədə sözlərlə bitirib camaatla vidalaşır və axşam saat 9.20-də öz maşınına doğru getməyə başlayır. Özünü rəsmi sürücülərdən biri kimi qələmə verən qatil Amir baş nazirin pilləkanla maşınların saxlandığı meydana necə endiyni görür. Beretta markalı altıpatronluq tapança ilə silahlanmış Amir sürətlə İshaq Rabinə doğru yaxınlaşır. Rabin maşına minmək anında beş metrdən də az məsafədə olan Amir baş nazirə üç dəfə atəş açır. Güllələrdən iksi Rabinin kürəyinə dəyir. O, yerə yıxılır. Üçüncü güllə cangüdən Yoram Rubinin sol əlinə dəyir. Yaralı cangüdən Rabini maşına qoyub böyük bir sürətlə yaxınlıqdakı xətəxanaya aparır. Həkimlərin bütün səylərinə baxmayaraq iki saat keçməmiş Rabin ölür.[5]
1995-ci il noyabrın 6-da Yerusəlimdə Rabinin dəfni keçirilir. Birləşmiş Ştatların prezidenti Bill Klinton və dünyanın 40-dan çox aparıcı dövlət xadimi və siyasətçisi mərasimdə iştirak etmişdir.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.