From Wikipedia, the free encyclopedia
İrəvan xanlığı 1747-ci ildə yaradılmış və 1828-ci ildə Rusiya imperiyası tərəfindən ləğv edilənə qədər mövcud olmuşdur.
Xan | Şəkil | Həyatı | Hakimiyyət illəri | Ailə | Qeyd |
---|---|---|---|---|---|
Mirmehdi xan Qasımlı-Əfşar | ?–? | 1747–1752 | İrəvan xanlığının qurucusudur. | ||
Xəlil xan Özbək | ?–1755 | 1752–1755 | Fətəli xan Əfşar tərəfindən Mir Mehdi Xanın devrilməsindən sonra Xəlil xan Özbək İrəvanın xanı təyin edilmişdir. Həsənəli xan Qacarın başçılığı ilə üsyan qalxdı. Üsyan nəticəsində Xəlil xan hakimiyyətdən uzaqlaşdırılır, onun yerinə Həsənəli xan Qacar hakimiyyəti ələ keçirdi.[1] | ||
Həsənəli xan Ziyadoğlu-Qacar | ?–1759 | 1755–1759 | Xanlığa Azad xan Əfqanın yardımı ilə yiyələnmişdi. Həsənəli xanın Məhəmməd xan, Məhəmmədəli xan adlı oğulları vardı.[2] | ||
Hüseynəli xan Ziyadoğlu-Qacar | ?–1783 | 1759–1783 | Hakimiyyəti dövründə Dağıstan və Kartli-Kaxetiya hakimləri ilə mübarizə aparmışdır.[3] | ||
Qulaməli xan Ziyadoğlu-Qacar | ?–1784 | 1783–1784 | Taxta çıxdığı zaman ona qarşı üsyan olmuş, üsyan yatırılsa da, qısa müddət sonra sui-qəsd nəticəsində qətlə yetirilmişdir. Qars muhafızının İstanbula göndərdiyi hesabat görə, o, rus və gürcülər tərəfindən qətlə yetirilmişdir.[4] | ||
Məhəmməd xan Ziyadoğlu-Qacar | ?–? | 1784–1805 | Rus-Qacar müharibələrinin iştirakçısı, Abbas Mirzə Qovanlı-Qacarın şəxsi mühafizəsinin rəisi olmuşdur. Haqqında o qədər də məlumat yoxdur, bəzi müəlliflər belə hesab edirlər ki, Məhəmməd xan İrəvan xanı Hüseynəli xanın gürcü qızından olan oğlu, Qulaməli xanın isə ögey qardaşıdır.[5] | ||
Mehdiqulu xan Dəvəli-Qacar | ?–? | 1805–1806 | |||
Əhməd xan Müqəddəm | 1742 – 1806 | 1806 | Qısa müddət İrəvan xanlığını idarə etmişdir. Əslən Marağadandır. Marağanın da xanı olmuşdur.[6] | ||
Hüseynqulu xan Sərdar | 1742 – 1831 | 1806–1827 | Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur. İrəvan xanı olana qədər Xorasan Sərhəd Qoşunlarının komandanı kimi xidmət etmişdir. Sərdar məscidi və Sərdar sarayını tikdirmişdir.[7] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.