İkinci məbəd
Yerusəlim şəhərindəki Məbəd dağında olmuş yəhudi müqəddəs məbədinə verilən ad / From Wikipedia, the free encyclopedia
Herod məbədi (ivr. מקדש הורדוס) və ya İkinci məbəd (ivr. בֵּית־הַמִּקְדָּשׁ הַשֵּׁנִי: Beyt HaMikdaş HaŞeni) — Yerusəlim şəhərindəki Məbəd dağında olmuş yəhudi müqəddəs məbədinə verilən ad. Məbəd dağında eyni yerdə iki yəhudi məbədi olmuş və onlar təxminən e.ə. 516-cı ildən b.e. 70-ci ilinə kimi fasiləsiz və ardıcıl olaraq ibadətçilərə xidmət etmişlər. Yəhudi tarixinin İkinci məbəd dövrünün adı bu məbədlə əlaqəlidir.
İkinci məbəd Herod məbədi | |
---|---|
ivr. בית־המקדש השני | |
31°46′41″ şm. e. 35°14′07″ ş. u. | |
Ölkə | İsrail |
Şəhər | Yerusəlim |
Yerləşir | Məbəd dağı |
Aidiyyatı | Yəhudilik |
Sifarişçi |
Zarovavel (Bibliyaya görə) Böyük Herod tərəfindən yenidən qurulub |
Əsas tarixlər |
E.ə. 537–516 - Zarovavel tərəfindən məbədin əsası qoyulur E.ə. I əsr - I Herod tərəfindən yenidən qurma işləri aparılır 70-ci il - Roma İmperiyası tərəfindən dağıdılıb |
Kəşf tarixi | 1930, 1967, 1968, 1970–1978, 1996–1999, 2007 |
Hündürlüyü | 45.72 metr |
Material | Yerusəlim daşı |
Vəziyyəti | dağıdılıb |
Vikianbarda əlaqəli mediafayllar |
Yəhudi Bibliyasına görə İkinci məbəd e.ə. 586-cı ildə Yeni Babil imperiyasının Yerusəlimi işğal edib, İudey krallığının əhalisinin bir hissəsini əsir alması zamanı dağıdılmış Solomon məbədinin (Birinci məbəd)[1] yerində inşa edilmişdir.
Bibliyaya görə, İkinci məbəd əvvəlcə Əhəmənilərin hakimiyyəti dövründə Babildən Lenavta qayıtmış bir qrup yəhudi tərəfindən Zarovavelin rəhbərliyi ilə inşa edilmiş kiçik tikili olmuşdur. Lakin, I Böyük Herodun hakimiyyəti dövründə ilkin sadə tikili əsaslı təmir edilərək genişləndirilmiş, onun ətrafında daha tanınan fasadlara malik, dəbdəbəli iri məbəd kompleksi qurulmuşdur. Babillilərin Birinci məbədi dağıtdıqları kimi, romalılar da b.e.-nın 70-ci ilində baş verən Yəhudi üsyanına görə İkinci məbədi və Yerusəlim şəhərini dağıtmışlar. İkinci məbəd ümumilikdə 585 il (e.ə. 516-cı ildən b.e.-nın 70-ci ilinə kimi) fəaliyyət göstərmişdir.
Yəhudi esxatalogiyasına aid olan inama görə gələcəkdə İkinci məbədin yerində Üçüncü məbəd inşa ediləcəkdir.