İkinci Səlib yürüşü
From Wikipedia, the free encyclopedia
İkinci Səlib yürüşü — Avropada başlayan ikinci əsas xaç yürüşü. İkinci səlib yürüşü 1144-cü ildə Zəngi qüvvələrinin Edessa əyalətini işğal etməsinə cavab olaraq başlandı. Əyalət 1098-ci ildə Birinci Səlib yürüşü ərəfəsində (1096-1099) Kral Boluqne Baldvin tərəfindən əsası qoyulmuşdur. Baxmayaraq ki ilk yaranan səlib dövləti idi, həmçinin ilk dağılan səlib dövləti oldu. İkinci Xaç yürüşü Papa III Yugin tərəfindən elan olundu və Avropa krallarının (Fransa kralı VII Luis, Almaniya kralı III Konrad və bir çox başqa Avropa zadəganları) başçılıq etdiyi ilk yürüş oldu. Hər iki kralın ordusu Avropa boyu nizamla irəliləməyə başladı. Bizans ərazisindən Anadoluya keçəndə ordular ayrı-ayrılıqda Səlcuq türkləri tərəfindən məğlub edildilər. Əsas qərbi xristian mənbəsi Deuil Odoya və Suriya xristian mənbələrinə görə Bizans imperatoru I Manuel Komnenos gizlicə səlibçilərin yürüşlərinə xüsusilə Anadolu bölgəsində maneələr törətdi, iddia edilir ki, türklərin səlibçilər üzərinə hücuma keçməsini məhz imperator göstəriş vermişdi. Krallar Luis, Konrad və ordunun qalan hissəsi Yerusəlimə çatdılar və 1148-ci ildə Dəməşq üzərinə müvəffəqiyyətsiz hücuma keçdilər. Yürüş şərqdə uğursuzluğa uğradı və müsəlmanlar qalib gəldilər. Nəticədə bu, Yerusəlimin çöküşü və XII əsrin sonlarında Üçüncü Səlib yürüşü üçün açar oldu. İkinci Səlib yürüşündə xristianların yeganə uğuru 1147-ci ildə 13 000 flamand, friz, normand, ingilis, şotland və alman səlibçilərin birləşdirilməsi oldu. İngiltərədən gəmilərlə Müqəddəs Torpağa gedərkən ordu dayandı və özlərindən daha kiçik (təxminən 7 000 nəfərlik) Portuqaliya ordusuna Lissabonun işğalı zamanı mavritanların ölkədən uzaqlaşdırılmasında köməklik göstərdilər.
Səlib yürüşləri | |||
---|---|---|---|
İkinci Səlib yürüşü | |||
Tarix | 1147-1150 | ||
Yeri | Iberiya Misir, Şərq | ||
Səbəbi | Müqəddəs Torpağın ələ keçirilməsi | ||
Nəticəsi |
Antalya
Iberiya
|
||
Ərazi dəyişikliyi |
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |