Üsamə bin Laden
From Wikipedia, the free encyclopedia
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Əvəz bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن; 10 mart 1957[1][2][…], Ər-Riyad[3] – 2 may 2011[4][2][…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan[5]) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir.
Üsamə bin Laden | |
---|---|
ərəb. أسامة بن لادن | |
İlk Əl-Qaidə lideri | |
avqust 1988 – 2 may 2011 | |
Əvvəlki | vəzifə təsis edilib. |
Sonrakı | Ayman əl-Zəvvari |
Şəxsi məlumatlar | |
Doğum adı | أسامة بن محمد بن عوض بن لادن |
Doğum tarixi | 10 mart 1957(1957-03-10)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 2 may 2011(2011-05-02)[4][2][…] (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d][5] |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | inşaat mühəndisi[d], iş adamı, terrorist |
Dini | sünni islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Əl-Qaidə |
Döyüşlər | |
Rütbəsi | Əmir |
Vikianbarda əlaqəli mediafayllar |
Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi. Tanınmış mücahidlərlə birlikdə Yaxın Şərqdə Amerika Birləşmiş Ştatlarının əleyhinə qruplar təşkil etməyə başladı. 1998-ci ildə Amerika Birləşmiş Ştatları konsulluqlarına Dar əs Salam və Nayrobidə bomba ilə yüklənmiş yük maşınları ilə təşkil edilən hücumlardan sonra Federal Təhqiqat Bürosu tərəfindən ən çox axtarılan on şəxs (ing. FBI Ten Most Wanted Fugitives) və ən çox axtarılan terroristlər (ing. Most Wanted Terrorists) siyahılarına daxil edilmişdir. 2001-ci ildə baş verən 11 sentyabr hücumlarından sonra başlayan Terrorizmlə müharibə əhatəsində ən çox axtarılan şəxslərin siyahısına daxil edilmişdir. Pakistanın Abbottabad şəhərində yerləşən bir kompleksdə yaşadığı aşkar edilən Üsamə bin Laden 2 may 2011-ci il tarixində Amerika xüsusi qüvvələri tərəfindən təşkil edilən gizli əməliyyatın nəticəsində qətlə yetirilmişdir.