11 sentyabr hücumları
From Wikipedia, the free encyclopedia
11 sentyabr hücumları — Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları.
11 sentyabr hücumları | |
---|---|
Hücum yeri |
ABŞ Nyu-York, Manhetten; Virciniya, Arlinqton; Pensilvaniya, Şanksvill |
Vaxt |
2001-ci ilin sentyabrın 11-i 8:46 – 10:28 |
Hücum üsulu | Aviaquldurluq, intihar hücumu, qətliam |
Vikianbarda əlaqəli mediafayllar |
Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.