İslamizm
islamın ictimai və siyasi, eləcə də şəxsi həyatı yönləndirməli olduğunu müdafiə edən ideologiyalar toplusu / From Wikipedia, the free encyclopedia
İslamçılıq və ya Siyasi İslam (الإسلام السياسي Islām siyāsī və ya الإسلامية al-Islāmīyah) şəxsi həyatı ilə yanaşı İslamı ictimai və siyasi sahələrdə də istiqamətləndirməyi hədəfləyən "siyasi-ideoloji cərəyanlar" olaraq ifadə olunur. Müasir dövrdə İslam dininə söykənən ideologiyadır. Siyasi İslam anlayışı ilə sinonim şəkildə istifadə olunsa da, bu həddən artıq olan və mədəni cəhətləri olan bir anlayışdır. Panislamizm, İttihad-ı İslam və İslamlaşma anlayışları ilə sinonim şəkildə istifadə edilmişdir.