From Wikipedia, the free encyclopedia
Çiçək Xatun (d. 1443 – ö. may 1498) - 7. Osmanlı padşahı II Mehmedin hərəmi və Cem Sultanın anası.[2]
Çiçək Xatun | |
---|---|
چیچک خاتون | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bursa, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | taun[1] |
Dəfn yeri | |
Həyat yoldaşı | II Mehmed |
Uşağı | Cem Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Həyatının ilk illəri bilinmir. Sadəcə doğum tarixinin 1443-cü il olduğu məlumdur. Bəzi mənbələrə görə Türkmən bəyi Əli bəyin bacısıdır.[3][4] Ancaq bu məsələ mübahisəlidir. Çünki xarici mənbələrə görə bu qadın əslən serbdir.[4]
1458-ci ildə ildə II Mehmedlə evləndirildi. 22 dekabr 1459-cu ildə taxtın ən kiçik varisi olan Şahzadə Cemi dünyaya gətirdi.[5] Osmanlı ənənələrinə uyğun olaraq, 1469-cu ildə 10 yaşlı oğlu ilə birlikdə Kastamonu sancaqbəyliyinə göndərildi.[5] 3 may 1481 tarixində ərinin ani vəfatının ardından çıxan taxt mübarizəsində oğluna dəstək verdi. Ancaq baş verən ilk döyüşlərdə məğlub olan Cem Sultan anası və hərəmi ilə birlikdə Qahirəyə qaçdı və Məmlük sultanına sığındı.[5]
Bir müddət burda yaşadıqdan sonra oğlu Cem Sultan özünə tərəfdar toplamaq məqsədilə Avropaya getmiş, Çiçək Xatun və oğlunun hərəmxanası Misirdə qalmışdır. Burda oğlundan ayrı keçirdiyi illərə aid yazışmalar qalmaqdadır. 1495-ci ildə oğlunun Avropa saraylarının birində şübhəli olaraq vəfat etməsinə şahid oldu. Oğlunun vəfatından 3 il sonra Misirdə epidemiya halını alan vəba xəstəliyinə yaxalandı və 1498-ci ilin may ayında Qahirədə vəfat etdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.