İkinci Qarabağ müharibəsi
Qarabağda silahlı qarşıdurma / From Wikipedia, the free encyclopedia
İkinci Qarabağ müharibəsi[46][47][48][49][50], Vətən müharibəsi[51][52], 44 günlük müharibə[53][54] və ya "Dəmir Yumruq" əməliyyatı[55][56] — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
İkinci Qarabağ müharibəsi | ||||||
---|---|---|---|---|---|---|
Dağlıq Qarabağ münaqişəsi | ||||||
| ||||||
Tarix | 27 sentyabr 2020 — 10 noyabr 2020 (1 ay, 2 həftə)[1] | |||||
Yeri | Dağlıq Qarabağ və onun ətrafındakı işğal altında olan ərazilər, Azərbaycan–Ermənistan sərhədi | |||||
Nəticəsi | Azərbaycanın qələbəsi[2][3] • Atəşkəs bəyanatının imzalanması.[1] • Azərbaycanın müharibə dövründə işğaldan azad etdiyi ərazilər üzərində nəzarəti əlində saxlaması. • Rus sülhməramlı qüvvələrinin bölgəyə yerləşdirilməsi.[4] • Paşinyan əleyhinə etirazların başlanması. • Türk-Rus ortaq monitorinq mərkəzinin qurulması üçün anlaşma memorandumunun imzalanması.[4] | |||||
Ərazi dəyişikliyi |
Müharibə zamanı: • Azərbaycan 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi və Azərbaycan-İran sərhədini işğaldan azad etdi.[5] Atəşkəsdən sonra: • Dağlıq Qarabağ ətrafındakı bütün Ermənistan tərəfindən işğal olunmuş ərazilər 1 dekabr 2020-ci ilədək Azərbaycana qaytarılması. • Ermənistan ərazisindən açılacaq dəhliz vasitəsilə Azərbaycandan Naxçıvana birbaşa quru yolunun açılması.[6] |
|||||
Münaqişə tərəfləri | ||||||
|
||||||
Komandan(lar) | ||||||
Tərəflərin qüvvəsi | ||||||
İtkilər | ||||||
|
||||||
Ümumi itkilər | ||||||
|
||||||
Vikianbarda əlaqəli mediafayllar |
Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik,[57][58] Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi.[59][60] Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi.[61][62] Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür.[63][64]
Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını[61][65] və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər.[66] Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın[67] və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu.[68] Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.[69][70] Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi.[71]
Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan (UTC+3) etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.[72][73][74] Müqaviləyə əsasən, Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altındakı keçmiş DQMV ətrafı əraziləri Azərbaycana qaytardı. Azərbaycan, həmçinin Türkiyə və İranla həmsərhəd olan Naxçıvana dəhliz əldə etdi.[75] Təxminən 2000 rus əsgəri Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca və keçmiş DQMV-nin Azərbaycanın nəzarətində olmayan hissəsində ən azı 5 il müddətinə sülhməramlı qüvvələr olaraq yerləşdirildi.[1]