Əsgəran
Azərbaycanın Xocalı rayonunda qəsəbə / From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Əsgəran (dəqiqləşdirmə).
Əsgəran — Azərbaycan Respublikasının Xocalı rayonunun Əsgəran qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]
Cəld faktlar Ölkə, Region ...
Qəsəbə | |
Əsgəran | |
---|---|
39°56′12″ şm. e. 46°49′58″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Qarabağ iqtisadi rayonu |
Rayon | Xocalı |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1751 |
Mərkəzin hündürlüyü | 512 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 2.300 nəfər (2015) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 26 |
Nəqliyyat kodu | 26 |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Əsgəran qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əsgəran qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Əsgəran qəsəbəsinə nəzarəti ələ keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.[2][3]