Əsgər xan Xançobanlı (1756-1820) — Sərkərlər ailəsindən Şirvan xanı.
Əsgər xan Sərkər | |
---|---|
Vəzifədədir | |
1789-cu ildən | |
Əvvəlki | Manaf Zərnəvai - Yeni Şamaxıda Fətəli xan - Quba xanı kimi Ağası xan Xançobanlı - Şirvan xanı kimi |
Sonrakı | Qasım xan Xançobanlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Dəfn yeri | Yeddigünbəz türbələr kompleksi |
Atası | Məhəmmədsəid xan |
Anası | Firəngiz xanım |
Həyat yoldaşı | Nisa xanım Hacı Mərdi qızı |
Həyatı
1756-cı ildə Şamaxıda Məhəmmədsəid xan Xançobanının və Firəngiz xanımın (ö. 1776) övladı olaraq dünyaya göz açmışdı.[1] Fətəli xan 1787-ci ildə Şirvanı işğal edəndə qardaşları ilə əvvəl Qarabağa sonra Osmanlıya qaçmışdılar. Abbasqulu ağa Bakıxanovun yazdıqlarına görə 1789-cu ildə Şəki xanı Məhəmmədhəsən xanın köməyi ilə Ağası xanın övladlarına qalib gələrək əvvəlcə Köhnə Şamaxıda, daha sonra isə Manaf Zərnəvaini öldürərək həm də Yeni Şamaxıda xan oldu.[2] Şəki xanı Məhəmmədhəsən xan öz nümayəndəsi Manafın öldürülməsinin intiqamını almaq üçün Quba xanı Əhməd xanla birlikdə ona qarşı hücum etsə də, Əsgər xan 5000 tümən pul verərək Quba ordusundakı ləzgiləri öz tərəfinə çəkdi. Şirvan əyanları 6 aylıq hakimiyyətindən sonra Əsgər xanı devirdilər və qardaşı Qasım xanı hakimiyyətə gətirdilər. Nailə Bayramlının fikrincə Əsgər xanın Qasım xanla mübarizəsi Mustafa xan üçün hakimiyyətə gəlməyə münbit şərait yaratmışdı.[3]
Əsgər xan 1820-ci ildə vəfat etmişdir və Yeddi Gümbəz qəbristanlığında basdırılmışdır.
Ailəsi
1800-cü ildə Nisa xanım Hacı Mərdi qızı ilə evlənərək 5 övladı olmuşdu[1]:
- Ağa bəy (1802-1864) - 1848-ci ildə Məmməd qızı Nisə ilə evlənmişdir:
- Fərəcullah bəy (1851-?) - 1866-cı ildə Məhəmmədsəid xanın qardaşı Məhəmmədhüseyn bəyin nəticəsi Hacı Mehdi bəyin qızı Bilqız xanımla evlənmişdir.
- Şirin bəy (1853-?)
- Əsgər bəy (1859-?)
- Məmmədhəsən bəy (1805-1832) - 1827-ci ildə Şıxəli bəyin qızı Sultannisə xanımla (d. 1806) evlənmişdir.
- Əlihəsən bəy (1810-1862) - 1839-cu ildə qardaşının dul xanımı Sultannisə xanımla ilə evlənmişdir.
- Ziba xanım (1842-?)
- Məmmədəli bəy (1814 -?) - podpolkovnik rütbəsi var idi. 1858-ci ildə Qasım xanın nəticəsi Kafiyyə sultanla evlənmişdir.
- İsmət xanım (1819 -?) - Mustafa xanın oğlu Teymuraz bəyin oğlu Fərəcullah xan (d.1836) ilə 1844-cü ildə evlənmişdi.
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.