Ən yaxşı xarici film üzrə Oskar mükafatına təqdim edilən Azərbaycan filmləri
From Wikipedia, the free encyclopedia
Azərbaycan 2007-ci ildən bəri "Ən yaxşı xarici film üzrə Oskar mükafatı"na öz filmlərini təqdim edir. Bu mükafat əsasən ingilis dili daxil olmayan dialoqlardan təşkil olunmuş bədii filmlərə verilir.[1] 2021-ci il etibarilə 8 Azərbaycan filmi "Ən yaxşı xarici film" üçün təqdim edilib, ancaq heç biri Oskara namizəd ola bilməyib. [2][3][4]