Ədirnə Sarayı
From Wikipedia, the free encyclopedia
Ədirnə Sarayı ya da Saray-ı Cədid-i Amirə (Yeni Saray) — Ədirnədəki Osmanlı saraylarından biridir. İstanbuldakı Topqapı Sarayından sonra Osmanlının ən böyük sarayı idi. Günümüzə yalnızca çox kiçik bir hissəsi gəlib çatmışdır.
Ədirnə Sarayı | |
---|---|
41°41′28″ şm. e. 26°33′20″ ş. u. | |
Ölkə | Türkiyə |
Şəhər | Ədirnə |
Yerləşir | Ədirnə |
Memar | Memar Şəhabəddin |
Sifarişçi |
II Murad II Mehmed |
Tikilmə tarixi | XV əsr |
Üslubu | Osmanlı memarlığı |
Vəziyyəti |
1475 – 1718 Saray olaraq istifadə edilmişdir 1718 – 1768 Boş qalmışdır 1768 – 1829 Saray olaraq istifadə edilmişdir |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər mərkəzindən uzaq, Tunca çayının qərbində, geniş meşə sahəsində yerləşən saray təqribən 3 milyon m² ərazini tutur.[1] 5 əsas meydan və bu meydan içində yerləşən tikililərdən ibarətdir. İçində bir saray bağçası vardı. Keçmişdə sarayın yerləşdiyi Sarayiçi bölgəsi, günümüzdə Qırxpınar güləşlərinin keçirildiyi sahədir.
İnşasına II Murad dönəmində başlanılmış, II Mehmed zamanında Memar Şəhabəddin tərəfindən tamamlanmışdır. Ən zamanı IV Mehmedin səltənət dönəmidir. Bu illərdə sarayın içinə yeni köşk, qəsr, çeşmə və hovuzlar tikilmişdir.
Saray XIX əsrə qədər Osmanlı sultanları tərəfindən istifadə edilmişdir. Sarayda bir müddət yaşayan sultanlar sırasına Qanuni Sultan Süleyman, II Səlim, I Əhməd, IV Mehmed, II Əhməd, II Mustafa və III Əhməd daxildir.[1] 22 avqust — 14 sentyabr 1829 tarixlərində bölgəyə daxil olan ruslar sarayı dağıtmış, 1878-ci ildə çıxan Rus-Osmanlı müharibəsi əsnasında saray yaxınlığında yerləşən cəbhəxananın rusların əlinə keçməməsi üçün saray bombalanaraq ortadan qaldırılmışdır.
2008-ci ildə Ədirnə Sarayının bərpası üçün çalışmalar başlamışdır.[2]