From Wikipedia, the free encyclopedia
Ədil Arifoğlu (1968[1], İmişli rayonu[2] – 28 iyul 2024[3]) – tədqiqatçı jurnalist[4], AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor[5] və müharibə reportyoru[6] Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı.[6]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. İxtisasca rejissor idi.[7]
Arxivində Birinci Qarabağ Müharibəsinə aid 500 saatlıq videomateriallar var. Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam və Kəlbəcər istiqamətində gedən döyüşlərin videoçəkilişlərini edib.[6] 1994-cü ilin fevralında Füzulinin Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfdən açılan snayper atəşi nəticəsində boğazından yaralanıb.[8][9]
2024-cü il 28 iyul tarixində vəfat edib və doğulduğu İmişli rayonunda dəfn olunub.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.