From Wikipedia, the free encyclopedia
Əbdül Hüseynov (tam adı: Əbdül Ənbi oğlu Hüseynov; d. 27 oktyabr 1925, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 14 may 2017, Moskva, Rusiya) — tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim.
Əbdül Hüseynov | |
---|---|
Doğum tarixi | 27 oktyabr 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 14 may 2017 (91 yaşında) |
Vəfat yeri |
Əbdül Ənbi oğlu Hüseynov 27 oktyabr 1925-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1945-ci ildə Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra anasının, atasının, qardaşlarının ölüm xəbərlərini öyrənmiş və Azərbaycandan getmiş, elə o vaxtdan da vətəndən uzaqlarda yaşamışdır.
2017-ci ilin may ayında vəfat etmişdir[1].
Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir[2].
Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur[2].
14 may 2017-ci ildə 91 yaşında Moskvaa vəfat edib.[2].
Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Əbdül Hüseynov, həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin mərkəzi şuralarının üzvü də olub[2].
Moskvada və Bakıda çapdan çıxmış "XX əsrin 100 nəfər tanınmış azərbaycanlısı" kitabında Əbdül Hüseynov haqqında da məqalə verilmişdir[2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.