From Wikipedia, the free encyclopedia
Şərqi Timor — Cənub-Şərqi Asiyada, İndoneziya və Avstraliya arasında yerləşən ada dövləti. Timor adasının yarısını (şərqi) əhatə edir. Atauro və Jaco adaları ilə Oecussi-Ambeno bölgəsi də Şərqi Timora məxsusdur. Şərqi Timorun coğrafi kordinatları: 125° şərq uzunluğu və 8°Cənub enliyi. Şərqi Timor İndoneziya ilə quru sərhəddinə malikdir (253 km). Timor adası Malay arxipelaqının bir hissəsi hesab olunur. Ada Kiçik Zond adalarının ən böyüyü və ən şərqdə yerləşənidir. Şərqi Timor cənub yarımkürəsində yerləşən yeganə asiya dövlətidir. Ümumi sahəsi — 14 954 km²[1]. Sahil xəttlərinin uzunluğu 6789 km-dir. Əhali xüsusilə paytaxt və tək şəhəri Dilidə cəmlənmişdir. İllik artım - 2% (artım - qadın başına 3,2 doğum). Şəhər əhalisi - 27%. 2002-ci ilin təxmini məlumatlarına görə təhsil alanlar əhalinin 58% təşkil edir. Etnik tərkibi - Austronesian xalqları (tetum - 45%, Mambai - 15%, Tokode - 12% və s.), Papuan millətlər (Bunak - 11%, Makasai - 3% və s.), Çin - 1%.
Şərqi Timorun relyefi əsasən dağlıqdır: şimali-qərbdən cənub-şərq istiqamətdə ölkə ərazisini güclü parçalanmaya məruz qalmış qırışıq-qayma dağlar kəsib keçir. Şərqi Timorun ən yüksək zirvəsi — Tatamaylau dağı (2963 m) bu silsilədə yerləşir. Zirvə Dili şəhərindən 70 km cənubda, Ermer rayonu ərazisində yerləşir. Dağ silsiləsinin şimal sahilə olan yamacları yetərincə dikdir. Ölkənin şərqində hündürlüyü 500-700 metr arasında olan kiçik yayalalar üstünlük təşkil edir. Cənub sahil boyu akkumulyativ düzənlik uzanır. Alp-Himalay qurşağından uzaqda olmasına baxmayaraq ərazi aktiv seysimik bölgə hesab olunur və sunami ehtimalı yüksəkdir. Şərqi Timorun sahilləri, şelf əraziləri və Timor dənizi neft-qaz yataqları ilə zəngindir. Manqan və mərmər yataqları da sənaye əhəmiyyətlidir.
Şərqi Timorun iqlimi subekvatoriyal-musson xarakterlidir. İki fərqli mövsümə ayrılır: quru və rütubətli. Orta aylıq temperatur 25-27 ºС-dir. İllik yağıntıların miqdarı 1500–2000 mm arasında dəyişir. Şərqi Timorun ən rütubətli bölgəsi cənub hissəsidir. Dağ yamaclarından böyük olmayan dağ çayları formalaşır: Loes, Lakio, Seykal, Be-Lulio. Loes çayının uzunluğu 80 km-dir. Çay hövzəsinin ümumi sahəsi 2184 km 2 -dir. Şərqi Timorda böyük göl yoxdur.
Ölkə ərazində yetərincə tropik meşələr qorunub saxlanılmışdır. Meşələr Şərqi Timor ərazisinin üçdə bir hissəsini təşkil edir. Şimalda yarapağını tökən meşələr, cənubda isə rütubətli həmişəyaşıl meşələr üstünlük təşkil edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.