Şərif Şərifov
Rusiya və Azərbaycan güləşçisi / From Wikipedia, the free encyclopedia
Şərif Naidhacav oğlu Şərifov (rus. Шариф Наидгаджавович Шарифов; 11 noyabr 1988, RSFSR, Dağıstan MSSR və ya Çaroda rayonu, Dağıstan MSSR) — 2008–2021-ci illərdə Azərbaycanı təmsil edən Avar əsilli[1] sərbəst güləşçi.[2] Şərif Şərifov 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında qızıl medal, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə bürünc medala sahib olub.[2]
Şərif Şərifov | |||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Şərif Naidhacav oğlu Şərifov | ||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Rusiya (2000—2007) → Azərbaycan (2008—2021) |
||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | (35 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Çaroda rayonu, Dağıstan MSSR, Rusiya SFSR | ||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 180 sm. (5 ft 10 in) | ||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2000—2021 | ||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Ənvər Məhəmmədhacıyev | ||||||||||||||||||||||||||||||||||||||||
Komandası | Atasport İdman Klubu | ||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
2011-ci ildə İstanbul şəhərində baş tutan Dünya Çempionatının qalibi olan Şərif Şərifov, 2019-cu ildə Avropa Çempionatının qızıl medalını da qazanıb.[2]
Şərif Şərifov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə "Tərəqqi" medalı ilə təltif edilib.