![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/89/Caucasus_1490_map_de_alt.svg/langaz-640px-Caucasus_1490_map_de_alt.svg.png&w=640&q=50)
Şəki hakimliyi
From Wikipedia, the free encyclopedia
Şəki hakimliyi — 1551-ci ilə qədər, əsasən indiki Azərbaycan Respublikasının şimal-qərbində, qismən də indiki Gürcüstan Respublikasının şərqi və Rusiya Federasiyasının Dağıstan Respublikasının cənub ərazisində mövcud olmuş dövlət. Əvvəl monqol mənşəli Orlat sülaləsi tərəfindən, sonra isə islam dinini qəbul etmiş Qara Keşiş oğlu və onun nəslindən olan hökmdarlar tərəfindən idarə edilmişdir. Bu dövlətin ərazisi qərbdə Tiflis şəhəri yaxınlığından, şərqə – Qəbələ şəhəri yaxınlığına qədər, cənubda Kür çayından Böyük Qafqaz sıra dağlarına qədər,[5] hətta bəzi məlumatlara görə daha şimala – Dərbənd şəhəri yaxınlığına qədər uzanmışdı.[6][7]
Cəld faktlar XIV əsr — 1551, Paytaxt ...
Tarixi dövlət | |
Şəki hakimliyi | |
---|---|
![]() Qafqazın 1490-cı il üçün siyasi xəritəsində Şəki hakimliyi |
|
|
|
Paytaxt | Şəki |
Ən böyük şəhər | Şəki |
Rəsmi dilləri |
Azərbaycan dili (ədəbiyyat və din)[1][2][3][4] monqol dili (I sülalənin dili) |
Dövlət dini | Sünni islam |
İdarəetmə forması | Monarxiya |
Sülalə | Orlat; Qara keşiş nəsli |
Dövlət başçıları | |
əmir, hakim |
Bağla