From Wikipedia, the free encyclopedia
Şuşa Dərman Bitkiləri Muzeyi və ya Yaşıl aptek-muzey[1] — Azərbaycanın Şuşa şəhərində yerləşmiş aptek-muzey. Dərman bitkilərinə həsr olunmuş bu muzey 1992-ci ilin mayında erməni işğalı səbəbilə fəaliyyətini dayandırmışdır.
Şuşa Dərman Bitkiləri Muzeyi | |
---|---|
Əsası qoyulub | 29 iyul 1984 |
Açılış tarixi | 29 iyul 1984 |
Bağlanıb | may 1992 |
Mövzu | dərman bitkiləri |
Ölkə | Azərbaycan |
Yerləşir | Təzə məhəllə məscidi, Şuşa |
Direktor | Əmirşah Məmmədov |
Dərman Bitkiləri Muzeyi 29 iyul 1984-cü ildə Şuşa şəhərində Vaqif poeziya bayramında açılmışdır.[2] Muzey Mehmandarovların yaşayış kompleksinə daxil olan bərpa edilmiş Təzə məhəllə məscidində fəaliyyət göstərirdi.[2] Bərpa prosesi zamanı məscidə bədii tərtibat verilərkən milli xüsusiyyətlər qorunub-saxlanılmış, abidə orijinal halına qaytarılmış, tavanları təbii bitki boyaları ilə rənglənmişdir.[2] Muzeyin direktoru Əmirşah Məmmədov olmuşdur.[1]
Muzeydə çobanyastığı, boymadərən, gülxətmi, bağayarpağı, ətirşah, qatırquyruğu, yovşan, gicitkən, qırxbuğum, dağtərxunu, adaçiçəyi, darçın, dağnanəsi, ümumiyyətlə, 50-dən çox dərman bitkisi nümayiş etdirilirdi.[2] Ağacdan toxunmuş dibçək və səbətlərdə əkilən dərman bitkiləri muzeydə dağ bağçası təəssüratı oyadırdı.[2] Muzeydəki dərman bitkilərinin hamısı Şuşanın yaylaqlarında, dağ və yamaclarında yetişmiş bitkilər idi.[2]
Muzeyin bir bölməsi keçmiş təbabətdə istifadə edilən alətlərə həsr olunmuşdu.[2] Burada qab-qacaq, saxsıdan düzəldilmiş mis həvəngdəstə, dərman hazırlamaq üçün şüşə qablar, manqal, sandıq, gülab qabı, kasa və cam nümayiş etdirilirdi.[2] Muzeyin divarlarında Mirzə Sadıq Lətifov, Mirzə Məmmədqulu Təbib, Mir Möhsün Nəvvab, Mirzə Cavad bəy Qayıbov, Mirzə Hüseyn, Kərim bəy Mehmandarov kimi el təbiblərinin yağlı boya ilə çəkilmiş portretləri asılmışdı.[2] Bir guşədə isə xalq həkimlərinin təbabətə aid əsərlərindən ibarət ekspozisiya təşkil olunmuşdu.[2] Xarici qonaqlar üçün izahlar Azərbaycan dili ilə yanaşı, həm rus, həm də ingilis dilində verilmişdi.[1]
Muzeyin tərkibində 666 nömrəli aptek fəaliyyət göstərirdi.[2] Aptekdə əhaliyə əczaçılıq xidməti göstərilir, təbii bitkilər və onlardan hazırlanan dərmanların açıq satışı təşkil olunurdu.[2] Dərman bitkilərindən dəmləmə və bişirmə şəklində elə muzeydə istifadə olunurdu.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.