From Wikipedia, the free encyclopedia
Şuiçi Qoto (後藤 守一, Qoto Şuiçi?, 10 avqust 1888, Şizuoka prefekturası – 30 iyul 1960) – Yaponiya arxeoloqu.
Şuiçi Qoto 1888-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur.[1] 1913-cü ildə Tokio Ali Normal Məktəbindən[a] məzun olduqdan sonra Şizuokada bir orta məktəbdə işləməyə və arxeologiya ilə maraqlanmağa başlamışdır.[1] 1921-ci ildə Tokio İmperiya Evi Muzeyinin[b] işçisi olmuşdur.[1] 1927-ci ildə Avropa və ABŞ-yə səyahət edərək muzeyləri tədqiq etmişdir.[1] Daha sonra Meyci Universitetinin professoru və Mədəni Mülklərin Qorunması üzrə Milli Komissiyanın məsləhətçisi olmuşdur.[1]
Qoto Yaponiyanın ibtidai icma quruluşuna və erkən tarixinə maraq göstərmişdir.[1] Onun ixtisası kofunlar və Kofun dövrünün mədəniyyəti olmuşdur.[1] O, Toro yerində və Oyu daş sahələrində aparılmış arxeoloji qazıntı işlərinə rəhbərlik etmiş, Nippon Arxeologiya Cəmiyyətinin katibi vəzifəsini yerinə yetirmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.