From Wikipedia, the free encyclopedia
Şofuku məbədi (聖福寺, Şofuku-ci?) – Yaponiyanın Fukuoka prefekturasının Hakata şəhərində yerləşən buddist məbədi. Buddizmin Rinzay sektalarına aiddir. Yaponiyada tikilmiş ilk Zen məbədidir.
Rinzay buddizmi | |
Şofuku məbədi | |
---|---|
Şofuku-ci (聖福寺?) | |
| |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Bölgə | Fukuoka prefekturası |
Şəhər | Hakata |
Memarlıq | |
İnşa tarixi | 1191 |
Tikdirəni | Eysay |
|
|
Saytı | |
shofukuji.or.jp/wp/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Məbədin əsası buddist keşişi, Rinzay sektasının qurucusu, Yaponiyanı çay bitkisi ilə tanış edən şəxs olan Eysay tərəfindən 1191-ci ildə qoyulmuşdur. Məbədin tikintisi 1195-ci ildə tamamlanmışdır.[1] Məbəddə onun əkdiyi çay ağaclarının nəslindən olan çay ağacı bitir. Bu ağac "Yaponiyanın ilk çay ağacı" kimi tanınır. Məbəd tarixi boyunca bir çox dəfə məhv olunmuş və yenidən tikilmişdir.[2]
Yaponiya rəssamı və xəttatı Senqay Qibon 1761–1811-ci illərdə qədər bu məbədin abbatı olmuşdur.[3]
Məbəddə bir çox məbəd darvazası yerləşir. Onlardan ən məşhuru olan Sanmon darvazası kiçik gölməçənin qabağında yerləşir və 1911-ci ildə yenidən tikilmişdir. Butsuden zalında Buddanın heykəli yerləşir. Tikilinin tavanı bulud əjdahasının təsviri ilə bəzədilmişdir. Məbəd tikililərdən biri Eysaya həsr olunmuş zaldır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.